Maraqlı

Görmə məhdudiyyətli türk tələbə Feysbukda işə başladı

20 Fevral 2020 21:40
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görmə məhdudiyyətli Burak Koray Polad Feysbukda işə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, görmə qabiliyyətini 6 yaşında itirən və liseyin 3-cü sinfinə qədər Ankarada təhsil alan B.Koray ABŞ-da orta təhsilini tamamladıqdan sonra universiteti də bu ölkədə oxumağa qərar verib.

Mayamidə proqram təminatı mühəndisliyi ixtisasında təhsil alan 23 yaşlı B.Koray sonuncu kursda iş üçün Feysbuka müraciət edib.

Müsahibə mərhələsindən uğurla keçən tələbə Feysbukun görmə məhdudiyyətli ilk türk proqram təminatı mühəndisi olaraq işə başlayıb.

Görmə məhdudiyyətli tələbələrin universitet kampusunda hansısa nöqtəyə getməsini asanlaşdıran naviqasiya proqramına rəhbərlik etdiyi bildirilən B.Korayın hazırkı hədəfi Türkiyədəki görmə məhdudiyyətli tələbələri eyni platformada toplamaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.