Maraqlı

Çində məktəblərdə koronavirusun yayılmasına görə onlayn təhsil sisteminə başlanılıb

20 Fevral 2020 07:21
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində ay təqvimi üzrə Yeni il bayramı ilə əlaqədar tətildən sonra məktəblərdə dərslər fevralın 17-də başlamalı idi. Ancaq "COVID-19" virusunun kütləvi yayılmasına görə məktəblərin açılışı təxirə salınır. Şagirdlərin yenidən məktəblərdə parta arxasında oturacağı tarix hələ ki dəqiq bilinmir. Amma tədris prosesi dayandırılmayıb: milyonlarla çinli məktəbli internet üzərindən biliklərə yiyələnəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çində ibtidai və natamam orta məktəb şagirdləri onlayn proqramlardan istifadə imkanına yiyələniblər. Tədris materialları müəllimlər tərəfindən keçirilən videodərslərdən ibarətdir. Müəllimlərlə məktəblilər arasında dialoq onlayn çat vasitəsilə qurulur. Təhsil saytlarında, həmçinin koronavirusa yoluxmanın qarşısının alınması üzrə təlimatlar yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.