Küldən yetişdirilən brilyant
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Texas ştatında fəaliyyət göstərən bir startap şirkəti sevdiklərini əzizləmək istəyənlərə unikal bir yol təqdim edir. Şirkət yandırılan cəsədlərin küllərini brilyanta çevirir. İnsan, hətta ev heyvanlarının külü laboratoriyada yetişən almazlar üçün başlanğıc materialdır.
"Bilirsiniz, mənim həyatımda 4 il yalnız Kloye var idi və o, mənim həyatımı tamamilə dəyişdi" deyə, Dori Herman bildirir.
Kloyeni götürmək qərarı Dori Hermanın it həvəskarları cəmiyyətinə daxil olmasına yol açdıb və nəticədə bugünkü xeyriyyə işinə ilham verib. Buna görə də Kloye öldükdən sonra Dori Herman onun külünün bir hissəsinin brilyanta çevrilməsinə qərar verib. "Ev heyvanınızın xatirəsini gözəl bir şəkildə qorumaq üçün onların küllərini rəfimdə saxlamaq əvəzinə, bundan yaxşı yol yoxdur."
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu brilyantları "Eterneva" adlı startap laboratoriyasında yetişdirmək mümkündür. "Eterneva"nın icraedici direktoru Adel Arçer: "Biz karbonu küldən və ya tükdən ayıırır, bundan sonra saç və ya xəzdən də brilyant yetişdiririk."
Laboratoriyada yetişdirilən brilyantların kimyəvi tərkibi təbii şəraitdə yetişən brilyantlarla eynidir və eyni təmizlikdədir.
Adel Arçer bundan əvvəl ən yaxın dostu vəfat edəndə də brilyant istehsal edən laboratoriyada işləmişdi. "Treysi mənim üçün ikinci ana kimi idi. O mənim həyatımdakı ən yaxın insanlardan biri olduğu üçün onun külünün bir hissəsini aldım. Bir brilyant mütəxəssisi ilə məsləhətləşdim və o mənə `bu küldə karbon var. Edə biləcəyimiz şey Treysinin külündən karbonu çıxartmaqdır və ondan sonra sənə həmin karbondan bir almaz yetişdirə bilərik` dedi" deyə, Adel Arçer bildirir.
Laboratoriyada yetişdirilən brilyant əvvəlcə almaz hissəsinə bənzəyir və onun yetişməsi üçün 8 ay gərəkdir. "Karbonu kiminsə külündən çıxarırıq. Ümumi karbonla qarışdırırıq. Biz bir karbon diski yaradır və zaman keçdikcə həmin karbon hissəciyinin üstündə inkişaf etməyə başlayır və emal olunmamış bir brilyanta çevrilir. "
Nəticədə isə fərdi bir zərgərlik parçası əmələ gəlir. Dori Herman: "Şəxsən mənim üçün bu, ona baxıb, sanki burada olmuş kimi gülümsəmək demkədir. Bu, kədərli deyil, Bu, Kloyenin burada olması, sanki daim yaşadığı kimi bir şeydir."
Bəziləri üçün bu duyğusal dəyərlərin qiyməti yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...





