Maraqlı

Yaponiya Nazirlər Kabineti "Super şəhər" barədə qanun layihəsini təsdiq edib - FOTO

6 Fevral 2020 22:10
123 Şərh     Baxış: 2 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya Nazirlər Kabineti müasir şəhər texnologiyalarının sınaqlarının aparılması məqsədilə "Super şəhər" barədə qanun layihəsini təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət bu qanun layihəsinin yaxın aylarda qəbuluna nail olmaq niyyətindədir.

Bildirilir ki, belə "Super şəhər"in yaradılması "dördüncü sənaye inqilabı" adlandırılan innovasiyaların inkişafı üçün açar rolunu oynayacaq. Həmin strategiyanın kökündə isə süni intellekt texnologiyaları dayanır.

Yeni qanun layihəsinə əsasən, yerli hakimiyyət orqanları yeni texnologiyaların sınaqlarını məhdudlaşdırmaq istədikdə, mərkəzi hökumət təklif edilən dəyişiklikləri öyrənməli və onun nəticələrini ictimailəşdirməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.