Maraqlı

Dünyanın ən böyük hava nəqliyyatı vasitəsi daha da böyüdü

8 Fevral 2020 20:50
0 Şərh     Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sahib olduğu xüsusiyyətlərlə olduqca diqqət cəlb edən yarı elektrikli hava vasitəsi Airlander 10, dünyanın ən böyük hava vasitəsi adını daşıyır. Ancaq yeni modelin uzunluğu daha da artırıldı. Bununla birlikdə vasitənin uçuş keyfiyyəti və yanacaq istifadəsinə dair bəzi əlavələr də tətbiq olundu.

Bir çox istifadə sahəsinə sahib hibrid hava vasitəsi Airlander 10, istehsalçısı olan Hibrid Air Vehicles tərəfindən dünyanın ən uzun hava nəqliyyatı vasitəsi kimi tanıdılmışdı. Yeni dəyişikliklərlə birlikdə ekoloji xüsusiyyətləri daha da gücləndirilən nəqliyyat vasitəsinin, 23 yanvarda edilən yeniliklərlə birlikdə daha da uzun olacağı bildirildi.

Verilən xəbərə görə, Airlander 10, əvvəlki 92 metrlik daxili uzunluğundan 5% daha uzun olaraq 97 metr daxili uzunluğa sahib nəqliyyat vasitəsi oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.