Maraqlı

Təyyarədə qorxu filmi həyəcanı yaşanıb

5 Fevral 2020 08:12
0 Şərh     Baxış: 1 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Budapeştdən Edinburqa uçan reysin sərnişinləri qorxu filmindəki rolları məcburən real həyatda oynamalı olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təyyarə göyə qalxandan təqribən bir saat sonra sərnişinlər bir-birinin ardınca bayılmağa başlayıblar. Ehtimala görə, buna təyyarənin içində oksigen çatışmazlığı səbəb olub. Heyət üzvləri sərnişinlərə kömək etmək üçün onlara oksigen maskaları paylayıblar. Təyyarədə panika başlayıb. Azı 8 adam huşunu itirib. Təyyarə yerə enəndən sonra sərnişinlər yaşadıqları bu dəhşəti "cəhənnəmdən qaçış" adlandırıblar. Sərnişinlərin bir hissəsi "Ryanair" aviadaşıyıcısından rəsmi şikayət etməyə hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.