Maraqlı

Telefonlara yeni emojilər gəlir

5 Fevral 2020 23:40
1 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə smartfonların geniş yayılması ilə ünsiyyətin vacib bir hissəsinə çevrilən emojilər də müxtəlifləşir.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2020-ci ildə smartfonlarda yeni emoji tətbiq olunacaq.

Hər gün "ağıllı cihaz"larla milyonlarla mesaj göndərilir və onlarda emojilərin yeri çox yüksəkdir.

Emojipedia bu il istifadəyə veriləcək 117 yeni emoji təqdim edib. Yeni emojilər arasında Şaxta baba ilə birlikdə xanım Klaus da yer alıb.

Yeni emojilərin 2020-ci ilin ikinci yarısında iOS, Android, WhatsApp və Tvitter kimi bütün platformalara inteqrasiya ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.