Maraqlı

Avtomobillər sürücülərə nəzarət edəcək

30 Yanvar 2020 08:46
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosch şirkətinin mühəndisləri avtomobillərin sürücülər üzərində nəzarət sistemini hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni sistem avtomobilin video kamerasına quraşdırılan süni intellekt əsasında işləyəcək.

Sistem sükan arxasında olan sürücünün davranışlarına nəzarət edəcək. Yeni sistemdəki süni intellekt sürücünün yorğunluq, diqqət yayınma və yuxululuq əlamətlərini təhlil edəcək. Təhlil üçün isə süni intellektə öncədən hazırlanmış video görüntülərlə bir neçə nümunələr öyrədiləcək.

Bosch mütəxəssisləri gələcəkdə sözügedən sistemə daha bir funksiya əlavə edəcəklər. Funksiyaya əsasən, süni intellekt sürücünün halı pisləşdikdə avtopilot və digər köməkçi vasitələri sönməyə qoymayacaq.

Süni intellekt sistem əsasında istismar ediləcək avtomobillərin 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir. 2025-ci ildə isə bu standartlar EuroNCAP avtomobillərinin sertifikatlaşdırılması zamanı nəzərə alınacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.