Maraqlı

BAD preparatları qəbul edən qızın qaraciyəri sıradan çıxdı – ƏLAMƏTLƏR

28 Yanvar 2020 22:05
0 Şərh     Baxış: 2 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 yaşlı qız xəstəxanaya kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə daxil olur və ona qaraciyər köçürülməsi lazım olduğu bildirilir.

2 ay növbədə gözlədikdən sonra qıza orqan nəqli edilir.
Həkimlər bildirir ki, belə bir ciddi pozuntunun səbəbi qızın qəbul etdiyi müxtəlif bitki tərkibli BAD-lar olub.
Qeyd edək ki, BAD qila əlavəsi olub, vitamin, mineral preparatlarıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Emili Qoss bitki tərkibli hormonal balans, çəki və fertilliyi dəstələkləyici BAD qəbul edirdi. O, gündə 4 tablet atıb və bunu dərmanın təlimatına uyğun edib.

Yeni ilə yaxın qız gözlərinin ağının saraldığını görür, qarında, qaraciyərində ağrılar hiss edir. Preparatın qəbulunu dayandırsa da, vəziyyəti düzəlməyib. 1 həftə sonra qaraciyəri sıradan çıxıb.

Qızın əməliyyat olunduğu klinikanın baş həkimi bildirib ki, ABŞ-da kəskin qaraciyər çatışmazlığının 30% hallarda səbəbi elə BAD qəbuludur. Xüsusən gənc insanlarda qida əlavələrinin tərkibində olan hansısa komponent qaraciyərin işini tormozlayır.

Tərkibində çox miqdarda fərqli komponentlər olan BAD-lar xüsusilə təhlükəlidir. Bu preparatlar nə qədər faydalı, təbii məhsul kimi reklam olunsalar da, hesab edirəm ki, bu preparatlar dərman kimi kimyəvi tərkibə malikdir və ehtiyatlı olmaq lazımdır.

Kəskin qaraciyər çatışmazlığının əlamətləri:

- Göz almasının və dərinin saralması
- Qarının yuxarı hissəsində, qabırğaaltında ağrı
- Ürəkbulanma

- Halsızlıq yuxululuq
- İştahın kəsilməsi
- Qarının böyüməsi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.