Maraqlı

“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

28 Yanvar 2020 08:51
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti "Youpin" kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə tutulmuş "C-bit" universal enerji doldurma blokunu təqdim edib. Yenilik eyni anda 5-dək qurğunu sürətli şəkildə enerji ilə doldurmağa imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 96 Vatt nominal gücə malik olan enerji doldurma qurğusu 5 konnektorla təchiz edilib: 15 vatt çıxış gücünə malik iki "USB Type-A", 15 vattlıq "USB Type-C" və 60 vattlıq bir "USB Type-C". Sonuncu noutbukları enerji ilə doldurmağa imkan verir. Digər portlar smartfon, planşet və başqa mobil cihazlar üçün uyğundur.

Aksesuar Avropa, Britaniya və ABŞ elektrik konnektorları ilə tədarük edilir ki, bu da ondan bütün dünyada istifadəyə imkan verir. Tədarük dəstinə, həmçinin 1 metr uzunluğunda kabel daxildir.

Çin bazarında "C-bit" qurğusunun qiyməti təxminən 36 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.