Maraqlı

Strim, strimer nədir?

21 Yanvar 2020 22:15
0 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, gənclər arasında ən çox işlədilən terminlərdən biri olan - Strim və ya strimer sözlərini çox eşitmisiniz. Eşitməmisinizsə və ya eşidib mənasını bilmirsinizsə, o zaman öyrənməyin tam vaxtıdır.

Beləliklə, Strim nədir?

Strim (Stream) internetlə ötürülən məlumatlar üzərində proqramlaşan prosesdir.

Strim prosesinin məzmunu əsasən, əyləncəli, maarifləndirici və ya informasiya xarakteri daşıyır, video və ya audio formatında yayımlanır. Strim çox vaxt interaktivlik və ianə toplanması ilə müşayiət olunur.

Sadə dildə desək, strim video və ya audionun internet üzərindən olan canlı yayımıdır. Strim iki cür olur: əvvəldən hazırlanmış və canlı. Axın formatı aydın ssenari üzərində qurulmur. Strimlərdə çox vaxt aparıcı ilə tamaşaçı arasında canlı ünsiyyət elementi mövcuddur. Məsələn, kompüter oyununun canlı yayımını edən insanlar oynadıqları zaman tamaşaçılarla məsləhətləşə bilərlər.

Əyləncəli məzmun təmin etməkdən əlavə, strim tədris prosesində də çox faydalıdır, onun vasitəsilə müxtəlif  vebinar və master-klasslar keçirilir.

Strimer və ya strimçi kimdir?

Adından bilindiyi kimi strimer (strimçi) canlı yayımı (strimi) aparan şəxsdir. Bir çox bloqerlər populyar mövzu haqqında strim keçirərək auditoriya toplayırlar.

Strimlər niyə bu qədər populyardır?

Milli.Az ted.az-a istinadən bildirir ki, məzmun təqdimatının bu formatının populyarlığı, çox güman ki, heç bir çərçivənin olmaması ilə əlaqəlidir. Ümumiyyətlə, bu işdə uğur qazanmaq üçün strimerin xarizmaya sahib olması və tamaşaçı üçün maraqlı olan mövzuları seçməsi lazımdır. Texniki tərəfdən baxsaq, yüksək keyfiyyətli strimi aparmaq üçün bahalı avadanlıq tələb olunmur.

Strim ilə necə pul qazanmaq olaq?

Bu işdə bir qədər populyarlıq qazanan şəxslər strimer kimi işə də başlaya bilərlər.

Strimçi öz fəaliyyətini rahatlıqla pula çevirə bilər. Bu işdə ona yardım edəcək reklam və ianələrdi.

Strimerlər populyar olduqları təqdirdə istənilən şirkətlə rahat şəkildə əməkdaşlıq edə bilirlər. Məhsulları necə və hansı tərəfdən təqdim edəcəyini strimerçi özü müəyyənləşdirir.
Ödəniş baxış sayına və ya konkret linkə keçid sayına görə təsdiq olunur. YouTube və Twitch kimi  platformalar da həmin prinsiplə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.