Maraqlı

Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısı buraxılıb

21 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 009
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropanın "Ariane 5" raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. "Arianespace" şirkəti raketdaşıyıcının buraxılışını canlı yayımda aparıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, raket Fransa və Hindistanın telekommunikasiya peyklərini ("Eutelsat Konnect" və "GSAT-30") orbitə çıxarmalıdır.

"Arianespace" şirkətindən bildirilib ki, "Eutelsat Konnect" peyki Afrikanın 40 və Qərbi Avropanın 15 ölkəsində rəqəmli fərqin xeyli azalmasını təmin edəcək. "GSAT-30" peyki Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu peyk Hindistan ərazisində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və radio yayım xidmətlərini təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.