Farah Zeynep Abdullah və Doğu Demirkolun ayrıldıqları iddia edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, türkiyəli aktyorların münasibəti ötən aylarda başlamışdı. Onlar bir neçə gün öncə birlikdə görüntülənmişdilər.
"Takvim" qəzeti yazıb ki, cütlük sosial media hesablarından bir-birini izləməədn çıxarıb və ayrılıb. Farahla Doğunun hansı səbəbdən ayrıldığı isə naməlumdur.
Milli.Az