Maraqlı

Roma Papası qadının əlinə zərbə vurması ilə bağlı üzr istəyib - YENİLƏNİB - VİDEO

1 Yanvar 2020 17:12
4 Şərh     Baxış: 2 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17:10

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.

Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: "Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm".

---------

14:09

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, videogörüntü "CBS News" telekanalının "Twitter" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.

Dərhal olaya Roma Papasının mühafizəçiləri müdaxilə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.