Maraqlı

İlin ən uğursuz video oyunları hansılardır? – ANTİREYTİNQ AÇIQLANDI

2 Yanvar 2020 21:40
0 Şərh     Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin ən uğursuz video oyunlarının adları açıqlandı.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Metacritic" şirkətinin mütəxəssisləri  məlumat yayıb.

Cari ilin ən uğursuz video oyunu  "Eternity: The Last Unicorn" olub.  Mütəxəssislərin fikrincə, sözügedən video oyun köhnə mexanika üsulunda hazırlanıb. "Eternity: The Last Unicorn" oyunu 100 baldan yalnız  36 bal toplayıb. Siyahıda ikinci ən uğursuz video oyun adına "Sony - Left Alive" layiq görülüb. "Sony - Left Alive" 37 bal toplayıb. Digər uğursuz video oyun isə ardıcıl şəkildə "Nintendo - shooter Contra: Rogue Corps" və futbol simulyatoru olan "FIFA 20: Legacy Edition" olub.

Həmçinin anti-reytinqə "Narcos: Rise of the Cartels" video oyunu da düşüb. Netflix strategiyasının motivləri əsasında hazırlanan "Netflix" video oyunu isə 100 baldan 46 bal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.