Maraqlı

Britaniyalı diplomatlar elektromobillərdən istifadəyə keçəcəklər

29 Dekabr 2019 02:30
0 Şərh     Baxış: 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən britaniyalı diplomatlar ətraf mühitin mühafizəsi məqsədilə elektromobillərdən istifadəyə keçəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Britaniya istehsalı olan elektrik krossoverləri bu ölkənin dünyanın hər yerində yerləşən 30 diplomatik nümayəndəliyinə göndəriləcək.

Böyük Britaniya Xarici İşlər Nazirliyi özünün diplomatik nümayəndəliklərinin damlarında Günəş panelləri quraşdırmaq, həmçinin plastik stəkanların istifadəsindən tamamilə imtina etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.