Maraqlı

Qarın ağrısıyla xəstəxanaya getdi - Eşitdiklərinə inanmadı

27 Dekabr 2019 22:35
5 Şərh     Baxış: 75 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarnı ağrıdığı üçün xəstəxanaya gedən qadın əməliyyat olunub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli Duriye Duman adlı xanım qarınındakı küt ağrılar səbəbindən xəstəxanaya müraciət edib. Müayinə edildikdən sonra məlum olub ki, onun qarnının arxa divarında 10 santimetr uzunluğunda şiş var.

Dərhal əməliyyata alınan qadını şişdən xilas etmək mümkün olub. Təqribən 6 saat çəkən əməliyyat zamanı yarım kiloqramlıq şiş çıxarılıb. Həkimlər xəstəxanada ilk dəfə belə bir əməliyyat etdiklərini söyləyib.

Hazırda 46 yaşlı xanımın vəziyyəti yaxşıdır və o bir neçə gün daha həkim nəzarətində saxlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.