Maraqlı

Microsoft şirkəti Cortana səsli köməkçisinin mobil cihazlardakı dəstəyini dayandırır

28 Dekabr 2019 21:10
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Microsoft şirkəti özünün Cortana adlı səsli köməkçisini hələ 2014-cü ildə təqdim etmişdi. Lakin 5 ildən sonra şirkət bu səsli köməkçinin smartfonlarda dəstəyinin dayandırılması qərarını verib. Şirkətin Cortana üzrə korporativ vitse-prezidenti olan Andrew Shuman-ın sözlərinə əsasən səsli köməkçinin iOS və Android versiyaları Avstraliya, Kanada, Almaniya, Çin, Hindistan, Meksika, İspaniya və İngiltərə regionlarında dəstəyi dayandırılır. İstisna olaraq ABŞ bazarı çıxış edəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu bazarda şirkətin Surface Headphone və Harman Kardon Invoke kimi məhsulları Cortana-sız funksionallıqlarını itirəcəklər. Şirkətin gələcək planlarında isə Windows, iOS və Android üçün Surface Audio adlı alternativ tətbiqin istifadəyə verilməsi var. Bundan əlavə olaraq şirkətin top meneceri onu da qeyd edib ki, Microsoft hal hazırda mətnin səsli qeyd edilməsi texnologiyası və Cortana-nın bir çox Microsoft Office paketlərinə inteqrasiyası üzərində çalışır. Şirkət təmsilçisinin sözlərinə əsasən Cortana-nın mobil cihazlarda dəstəyinin dayandırılmasının əsas səbəbi isə bu səsli köməkçinin şirkət məhsullarına lazımi səviyyədə inteqrasiya olunmaması və onun məqsədəuyğun yerlərdə istifadənin qeyri mümkünsüzlüyüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.