Maraqlı

Süni intellektlə bağlı pulsuz onlayn-kurslar təşkil ediləcək

24 Dekabr 2019 21:20
0 Şərh     Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşlarına süni intellektə dair pulsuz onlayn-kurslardan keçməyi təklif edir.

Milad bayramı ərəfəsində Aİ ölkələrinə hədiyyə kimi təqdim edilən bu kurslar Finlandiyanın Aİ-də sədrliyinin sonuna həsr edilib və yalnız Avropa İttifaqı vətəndaşları üçün nəzərdə tutulub.

Milli.Az techland.az-a istinadən bildirir ki, Finlandiya hökumətinin Helsinki Universiteti ilə birlikdə işləyib hazırladığı bu layihə 2021-ci ilə qədər davam edəcək. Onlayn-kurslar cəmiyyətin durmadan rəqəmsallaşmasından və əmək bazarında süni intellektin insanlara təklif etdiyi imkanlardan faydalanmaqda Aİ ölkələrinə kömək etməlidir. Kurs süni intellektin elementar konsepsiyalarını praktikada əhatə edir, lakin kodlaşdırma kimi mürəkkəb məsələlərin dərinliyinə getmir.

Hazırda layihə fin, ingilis, İsveç və eston dillərində istifadəyə verilib. Lakin layihənin yaradıcıları əmin edirlər ki, o, Aİ-yə daxil olan bütün ölkələrin dillərində təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.