Amerika şirkəti Cadillac tezliklə yenilənmiş Escalade yolsuzluq avtomobilini ictimaiyyətə təqdim edəcək.
Milli.Az ted.az-a istinadən bildirir ki, 2021 model ili avtomobilinin seriya modifikasiyasının şəkilləri istifadəçilər üçün artıq mövcuddur. Yenilik Chevrolet Tahoe və Suburban yolsuzluq modellərinin oxşar dizaynını alıb. Yeni avtomobili LED optik, genişləndirilmiş radiator barmaqlığı və digər xüsusiyyətlərindən ayırmaq olar.
İstehsalçılar əvvəllər bu avtomobillərdə tətbiq olunan T1xx platformasını tətbiq ediblər. Avtomobil təkmilləşdirilmiş pnevmatik asqı ilə fərqlənir və onun 6,2 litrlik benzin mühərriki, eləcə də 281 at gücündə dizel versiyası olduğu ehtimal edilir. Ekspertlər Escalade yolsuzluq avtomobilinin hibrid modifikasiyasının buraxılacağını da proqnozlaşdırırlar
Milli.Az