Maraqlı

Bu ölkənin sakinləri "Black Friday" günü onlayn alış-verişə 7,4 milyard dollar xərcləyiblər

1 Dekabr 2019 07:55
1 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sakinləri "Black Friday" günü onlayn alış-veriş mağazalarında 7,4 milyard dollar xərcləyiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CNBC" teleşirkəti "Adobe Analytics"in statistik məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, builki göstəricilər ötən ilki göstəriciləri 1 milyard dollardan artıq üstələyir - 2018-ci ildə "Black Friday" günü ABŞ vətəndaşları 6,22 milayrd dollar xərcləmişdi. Bu vəsaitlərdən təxminən 2 milyard dolları smartfonlar vasitəsi ilə alış-verişə xərclənmişdi, amma cari il bu göstərici 2,9 milyard dollara bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.