Maraqlı

“Miss Azərbaycan-2019”: Keçmiş sevgilim 21 yaşımda məni qaçırmışdı - MÜSAHİBƏ - FOTO

17 Noyabr 2019 12:49
23 Şərh     Baxış: 5 872

Milli.Az "Miss Azərbaycan-2019" gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynovanın Oxu.az-a müsahibəsini oxucularına təqdim edir:

- Sizinlə sonuncu müsahibəmizdən altı ay keçib. Bu vaxt çərçivəsində hansı işləri görmüsünüz?

- Başım işlərimə qarışıb. Sonuncu dəfə sizinlə İstanbulda görüşdük. Elə oradan Bakıya gələn kimi başım çəkilişlərə başladım. Heç dincələ bilməmişəm. Türkiyəyə getməyim səhhətimlə əlaqəli idi. Yaddaşımla bağlı problemlər yaranmışdı. Orada bir çox kastinqlərə qatıldım. Amma istədiyim nəticəni əldə etmədim.

Bizdə əcnəbi modellərə olan sevgi orada yoxdur. Düşündüm ki, Türkiyədə qalmağımın heç bir mənası yoxdur. Təsəvvür edin ki, "oturum izni" alan gün qayıtdım Bakıya. Hərdəmxəyal insanam. İstanbulda model məktəbinə də baş vurdum. Sadri Alışık Aktyorluq Məktəbinə daxil oldum. Amma bu işi də yarıda buraxdım. Düşündüm ki, istədiyimi burada əldə edərəm. Əfsuslar olsun ki, orada bunu görmədim. İstədiyim ABŞ standartlarıdır.

Haradan səs gəlirsə, ora gedirəm. "Miss and Mister of Azerbaijan-2020" model yarışmasının ilk seçimləri başlayıb. Bu dəfə izləyicilər məni münsif kürsüsündə görəcək. "Miss Azerbaijan-2019" olduğum üçün tacımı heç kimə vermək istəmirəm.

Kastinqdə iştirak edən hər bir modelə uğurlar arzu edirəm. Amma kastinqə qatılanlar arasında nə yaraşıqlı bəy gördüm, nə də gözəl xanım. Hələlik özümdən gözəl xanım görmürəm. Kim bilir, bəlkə, "Miss Amerika" oldum. Yarışmalarda o qədər haqsızlıqlar olur ki, artıq heç kim qatılmaq istəmir.

Özümün də qəlbim qırıq idi. "Tutar qatıq, tutmaz ayran" söhbəti. Qızlarımız artıq düşünür ki, çirkin status almaqdansa, nominasiya verilmirsə, demək, bu yarışmanı saymırlar. Ondansa evdə oturmağı daha üstün tuturlar. Amma artıq yarışmalar öz statusunu itirir. Çünki gözəl qızlar, yaraşıqlı oğlanlar seçilmək əvəzinə, çirkinlər seçilir.

Yarışmaya qatılan qızların əksəriyyətinin ölçüləri model ölçülərinə bərabər deyil. Danışığı, səhnə qabiliyyəti, özünü təqdim etməsi aşağı səviyyədədir. Bizdə açıq-saçıq fotosessiyalarla modellik sahəsini önə mən çəkdim. Bikini, alt paltarlarının reklamı və ya gecə libaslarının reklamında daş-qalaq olunsam da, özümü qəbul etdirə bildim.

Əvvələr Səmranı başqa cür təqdim edirdilərsə, indi tamam başqa cürdür. Cəmiyyət Səmranı qəbul edib, həzm edib. Düşünürəm ki, məni qəbul etməyənlərin sayı çox azdır.

Türkiyədə yenə "sponsor" söhbətləri var. Azərbaycanda kimin sənəti varsa, onu önə çəkirlər. Orada sənətə dəyər, qiymət verən yoxdur. Tükiyədə gərək sənin sponsorun olsun, bir-birini reklam edəsən ki, nəsə əldə edə biləsən. O da böyük sual altındadır. Mənə bir sponsor çıxdı. Ondan iş təklifi aldım. Bir yarışmada iştirak edib, reklama çəkiləcəkdim. Sadəcə "oturum izni" ilə əlaqədər xaricə gedə bilmədim.

Qatılacağım müsabiqə isə Kiprdə idi.  Mənə sponsor çıxan şəxsin mənə qarşı olan niyyəti sonradan dəyişdi. Bunu görüb yarışmadan imtina etmək məcburiyyətində qaldım. Sponsorun böyük biznesi var idi. Restoran biznesi ilə məşğul olur.  Danışmışdıq ki, onun şirkətinin reklamını mən edəcəyəm, o da ona müvafiq olaraq mənə sponsorluq edəcək.

Mənimlə ciddi münasibət qurmaq, evlənmək istədiyini bildirdi. Dedi ki, istəyirəm, mənim "karım" olasan. Ailə həyatı haqqında düşünmürəm. Bunlar mənim üçün deyil. O, məndən 5 yaş böyük idi.

Düşünmürdüm ki, İstanbulda belə bir hadisə ilə qarşılaşaram. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. Hər kəs öz işinin bədəlini ödəyir. Yarışma yaxınlaşır, həyəcan, stres, işin alınıb-alınmayacağını düşünürsən, eşidirsən ki, sponsor deyir, "Mən sənə aşiq olmuşam". Özümə deyirəm, "heç hənanın yeri idi"? Belə şeylərdən uzaq durmaq üçün geri döndüm.

- Qayıdıb gələn kimi, yenə gündəmə gəlməyi bacardım. Kilsədə "fashion" çəkilişi aləmi bir-birinə qatdı. 

- Rejissorun və brendin istəyilə həmkarlarımla birlikdə kilsədə çəkilişimiz oldu. Dedilər ki, bu rolu canlandırmalısan, belə olmalısan, mən də etdim. Məni onsuz da hamı qaralamağı xoşlayır. Dinimi dəyişməmişəm, müsəlmanam. Ona qalsa, biz heç müsəlman da deyilik. Biz "müşrik"ik. Əgər damağımıza şərab dəyirsə, söyüş söyürüksə, biz "müşrik" sayılırıq.

- "Instagram" hesabında olan açıq-saçıq fotolarını tez-tez silib, yenidən yükləyirsən. Səbəb nədir?

- Münasibətim olanda açıq-saçıq fotolarımı silirəm, münasibətim bitəndə həmin fotolarımı yenidən səhifəmə qaytarıram (gülür). Əgər açıq-saçıq fotolarım qayıdıbsa, deməli, münasibətdə deyiləm. Bu, mənim öz səhvim idi. Bir oğlana mənimlə tanış olmaq üçün şans verdim. Şansı dəyərləndirdi, lakin mənim səhvlərim çox oldu.

Onunla görüşməmək üçün min dənə bahələr gətirdim. O qədər onunla görüşməyə "yox" cavabı verdim ki, o da bezdi. Mən münasibətə başlayanda tələblərim çox olur. Əsas dəyərdir, qiymət yox. Qısqanc olmalıdır, amma mənə azadlıq verməlidir. 7/24 məni axtarmalıdır. Məni 2-3 saat diqqətindən buraxmamalıdır. Məni 2-3 saat buraxdın, "vso". Başqasını tapmasam da, başqası məni tapır. Hətta qaçıra da bilər.

Keçmiş sevgilim tərəfindən 21 yaşımda qaçırılmışam. Məni başqa oğlanla nişanlayırdılar. Barmağıma üzük taxılan günü məni qaçırdı. Nişanlandığım şəxs bundan xəbər tutandan sonra nişanı qaytardı, o isə məni yeddi gündən sonra evə buraxdı. Biz dörd il onunla çox güclü sevgi yaşamışıq. Amma birlikdə olmağımız mümkün olmadı. O, başqa bir qızla nişanlandı, mən də ona acıq vermək üçün eyni addımı atdım.

O biləndə ki nişanlanmışam, əsəbiləşib məni qaçırdı. Təbii ki, ailələrimiz arasında söz-söhbətlər oldu, o, heç məni buraxmaq istəmirdi. Amma mən onun əlindən qaçıb, qayıtdım evə. O, indiyə kimi mənə yazır. Rusiyada yaşayır. Sonuncu dəfə yazdı ki, "Çox peşmanam. Mənə şans ver, yenidən başlayaq". Mən isə məna görmədim.

Özümə söz vermişəm, heç zaman dönəni bağışlamayacağam. Çünki onlar gedəndə mən çox əziyyət çəkirəm. Məsələn, mən bir insanı istəyəndə, ruhumu, canımı, qəlbimi, sevgimi, onun namusunu qorumağına kimi, başını yüksək tutmağına qədər hər şeyi qurban verirəm. Özümü belə qurban verirəm. Amma onun dəyərində əgər göz yaşı, xəyanət, qəlb qırıqlığı görürəmsə və o, sonradan bunu başa düşürsə, artıq gec olur.

İnsanlara ikinci şans vermək lazım deyil. Şansdan sonra sənə görə qarşı tərəf oynayır. Oynayır ki, sən aldanasan və ona yenidən ikinci şans verəsən (gülür).

Məsələn, hamı deyir ki, mən bahalı həyat tərzi sürürəm, amma əslində, elə deyil. Hamısı hədiyyədir. Mən özüm heç vaxt özümə bahalı geyim almıram. Əlimə düşən pulu da xeyriyyə işlərinə xərcləyirəm. Mən keçmişi unudan insan deyiləm.

Bir müddət öncə Bali adalarına getdim. Necə deyərlər, "həm ziyarət, həm ticarət". Yəni bu reklam çəkilişi idi. Orada yerləşən məşhur bir hotelin reklam çarxına çəkildim, barter olaraq isə orada bir neçə gün qalıb dincəldim. Hardandır məndə o qədər pul?! Bəxtim pul sarıdan heç gətirmir. Bu, sadəcə, iş təklifi idi. Sizə deyim ki, mən çox qənaətciləm. Pulumu sağa-sola xərcləməyi sevmirəm. Ayağımı hər zaman yorğanıma görə uzadıram. Elə olub ki, qış mövsümündə bir çəkilişim də olmayıb. Çalışmışam, bu durumdan alnıaçıq çıxım.

Sosial şəbəklərdən o qədər də çox pul qazanmıram. Çünki sosial media hesabım o qədər də aktiv deyil. Mənim hər gün paylaşımlar etməyə nə səbrim çatır, nə də zamanım. Səhifəmi artırmaq kimi də məsələlər mənlik deyil. "Instagram" hesabımda 70 min izləyicim var. Sıfıra düşdüyüm zaman çalışıram çəkilişlərin üstünə qaçım (gülür). Normal yaşayış üçün mənə nə qədər pul bəs edirsə, elə o qədər də işləyirəm.

- Adətən, deyirlər ki, modellər podiumda "asılqan"ı xatırlatmalıdırlar. Bu deyimlə razısan?

- "Asılqan"a oxşamıram? Əlbəttə, razıyam. Model seksual olmalıdır. Amma özünü deyil, əyninə geyindiyi libası göstərməlidir. Bizdə isə sinəsi, arxası böyük modellər geyimləri nümayiş etdirir. Geyim qalır kənarda, önə modelin iri silueti çıxır. Bu isə kənardan iyrənc görünür. Bu, savadsızlıqdan irəli gələn məsələlərdir. Mağaza açmaqla deyil. Brendin simasını seçməklə bilinir ki, oranın başında oturan hansı savada və səviyyəyə malikdir.

- Həyatında baş verən hansı məqamların üstündən birdəfəlik xətt çəkmək istərdin?

- İncidiyim və küsdüyüm yerə geri dönmək istəmərəm. Bir dəfə rəfiqəmdən çox pis incidim. O vəziyyəti aradan qaldıra bilmədim. Mən verdiyim dəyəri, qiyməti ondan bir yaxın rəfiqə kimi geri ala bilmədim. Onun mənə qarşı etdiyi çox iyrənc hərəkət idi. O qədər iyrənc söhbətdir ki, danışıb ürəkləri bulandırmaq istəmirəm. Hazırda da onunla danışmıram. Amma "Instagram"da onu gizlicə güdürəm (gülür).

- İndiyə kimi verdiyin ən səhv qərar hansı olub?

- Mənə elə gəlir ki, indiyə kimi verdiyim bir çox qərarlar səhv olub. İnsan nə edirsə, düz edir. Qəlb qırmırsa, deməli, hər şey düzdür.

- Azərbaycanda yerindən duran özünü model adlandırır. "Instagram"da özünə "fake" izləyici kütləsi yığır, daha sonra modellik yarışmalarına qatılaraq özündən söz etdirir. Tənqid olunsa da, "qara piar"dır deyib, daha da irəli gedir. Beləcə, məşhurlaşır. Belə model qızlara münasibətin necədir?

- Həmin modellərin adlarını çəksəm, küsəcəklər. Onların ən böyük səhvi gedib model olmalarıdır. Mən bu qizlara nə deyim? (gülür) Güzgüyə baxıb görürsən ki, modelliyə heç adiyyətin belə yoxdur, nə vacibdir ürəkləri bulandırasan? Bu, mənim şəxsi fikrimdir.

- Son illər model yarışmalarının sayı "yağışdan sonra artan göbələklər"i xatırladır. Bu qədər model müsabiqələrinin keçirilməsində məqsəd nədir?

- İlk növbədə pul qazanmaq üçün "model" müsabiqələri təşkil olunur. Hər hansı bir yeri tutmaq üçün modellər bu cür yarışmalara 5-10 min pul ödəyir. Amma dövlət dəstəyilə keçirilən yalnız iki model müsabiqəsi var: "Miss and Mister Azerbaijan" və "Best model of Azerbaijan".

- Səni daha çox sosial şəbəkələrdə görürük, amma telekanallarda və verilişlərdə gözə dəymirsən. Efirlər səni qəbul etmir, yoxsa verilişlərə çıxmaq maraqsızdır?  

- Efirlərə dəvət olunuram. Sadəcə, verilişlərdə baş verən qalmaqalları, qonaqlara ünvanlanan sualları görüb təlaş yaşayıram. Özümü bu məqamlara hazır hiss etmirəm. Mən heç zaman özümü "Maşın" şouda görə bilmərəm.

Emosional insan olsam da, hamı ilə dil tapa bilmirəm. Qatılsam da, bir kənara çəkilib, sakitcə duracağam ki, heç kim mənə dəyib-dolaşmasın. Qaynayıb-qarışmaq kimi şeylər mənlik deyil. 

- Evdə ən çox mübahisə nəyin üstündə düşür?

- Ən çox yeməyim üstündə. Valideynlər deyirlər ki ye, mən isə yemirəm. Davalar da məhz bunun üstündə olur. Hərdən yemirəm, hərdən unuduram, hərdən də iştaham olmur. Həm də özümü qorumalıyam. Formada qalmalıyam, axı bu, mənim işim və gəlir mənbəyimdir. Bir az yeyən kimi şişirəm. Ona görə belə həyat tərzi sürməyə məcburam.

- Sosial media əhli tez-tez şərhlərdə "anoreksiya" xəstəliyinə tutulduğunu yazırlar. 

- 172 boyum, 43 isə çəkimdir. Mən düşünmürəm ki, "anoreksiya" keçirən xəstələr kimiyəm. Yox, bunlar ancaq dedi-qodurlardır. Ola bilər ki, arığam, amma "anoreksiya" deyiləm. Səhhətimdə bir ara problemlər yarandı, bu səbəbdən səkkiz kiloqram çəki itirdim. Bu, keçirdiyim stresə görə oldu.

- Qısa donla şəhərdə velosiped sürürsən. Bu görüntülərini çəkib "Instagram"da paylaşmışdılar. Tanış olmaq məqsədilə yaxınlaşanlar çox idi, yoxsa təhqir edənlər?

- Velosipedlə şəhərə çıxmağım "konsert"dir. Görəndə ki sürücülər məni yolda sıxışdırırlar, dövlət yol polisləri mənə çox kömək edirlər. Ən çox da bunu xanım sürücülər edirlər. Məsələn, olur ki, xanım avtomobili idarə edir, yanında da bir bəy oturub. Elə siqnal verir ki, dərhal qorxudan panikaya düşürəm.

Velosipedi ona görə sevirəm ki, diqqət yalnız öz üzərimdə olur. Gərək kimsə məni görsün ki, sürməyimə yol versin.

Heydər Əliyev Mərkəzindən "28 May"a gedən yolda məni avtomobil vurdu. Düşündüm ki, indi avtomobil üstümdən keçəcək. Ayağım bərk əzilmişdi. Ətrafdakı insanlar mənə yardım göstərdilər, xəstəxanaya getdim.

İndi uzaq yerlərə getmirəm, "28 May", "Beş mərtəbə" və "Azneft" ətrafında velosiped sürürəm. Məni velosipedlə görənlər elə bilir ki, əcnəbiyəm. Çünki bizim sürücülərimiz yolda mənim kimi gözəl xanımın velosiped idarə etməsini görməyiblər.

Avtomobil sürməyi bacarmıram. Ən yaxşısı və bacardığım velosiped və mopeddir. Bir azdan, bəlkə, mopedə keçdim. Düşünürəm.

- Pul həyatda hər şeyi həll edir?

- Pul həyatda heç nəyi həll etmir. Pul, sadəcə, gözə görünən şeyləri həll edir. Məsələn, gedib meşədə yaşasaq, yeməyi oradan əldə edə bilərik. Mən 3-4 ay ərzində anladım ki, yaxşı yaşamaq olar, amma var-dövlət üçün yaşamaq düzgün deyil. Ən gözəl və xoşbəxt yaşayış sadə yaşayışdır. İnsanın sadə evi, avtomobili, geyimi olanda xoşbəxt olur. Mənim xoşbəxtliyimə pul rəng qata bilməz.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    ♥️Ebru♥️ · 17 Noyabr 12:575714

    Ne gundesen ay yetim:))Bu “gozel” secilib?:)Bunun ne boyu var,ne gozelliyi var.Bunu ne deyib “gozel”secibler?)Sklete oxsuyur:))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 13:081611

    Kişiler altdan geyinen istilikden geyinib eybecer pozalar verib gözelliyin 0-a endirir. Bu ne geyimdiii ???.Eybecer pozalari ve geyimi olan qalan gözelliyinide mehv etdiii

    Cavab yaz
  • Anonim
    asi · 17 Noyabr 13:25151

    Azərbaycanda neçə adda, neçə sortda gözəl seçirlər ki?? Nə vaxt baxırsan "Azərbaycan gözəli"-nə aid xəbər, hamısı da ayrı-ayrı " gözəllər"))..

    Cavab yaz
    • Anonim
      Rəssam · 17 Noyabr 14:4040

      Salam,bibisi. Azərbaycanda 5milyondan artıq gözəl var,yəni Azərbaycanlı xanımların sayı qədər, ümumi əhalinin təxminən 50,1%-i qədər.

      Cavab yaz
      • Anonim
        asi · 17 Noyabr 15:2163

        Salam..5 milyondan biri olduğum üçün çox şanslıyam)..Nə yaxşı ki, azərbaycanlı olmuşam, başqa heç bir millətdən ola bilməzdim, uyğunlaşa bilməzdim heç birinə)..

        Cavab yaz
        • Anonim
          Rəssam · 17 Noyabr 16:5721

          Ну вот!)

          Cavab yaz
  • Anonim
    Xxx · 17 Noyabr 13:29938

    Çox gözəl qızdır, fərqli gözəlliyi var, müsahibə vermək tərzi də yaxşıdı. Səmimilik hiss olunur

    Cavab yaz
  • Anonim
    Gunel · 17 Noyabr 13:43112

    Ama eslinde bu pewenin esli bele olur, baxin dunya madelllerine, hedsiz ariq olurlar, var dolu, var sumuklu sirf ama bu cekide olmalisan

    Cavab yaz
  • Anonim
    Şemkirli · 17 Noyabr 14:061019

    Paxıl qızlar başladı bu ne gündədir ariqdir boyu balacadi ))))) Ne olub Xalxin usagi gul kimi qizdi da (((((

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 17 Noyabr 14:34171

      Kimin paxilliqin cekecem bu sklete oxsuyanin;))Allah vurmusdu ele.Deyesen sen gozel gormemisen??Sen gobeyin acib doymesin gosteren qabirqasin “kisilere “ gosterene gozel deyirsen??Menim icin gozel qadin onun exlaqi terbiyyesidi.Duz deyiremde bunu nedeyib gozel secibler??Paxilliqa qaldiqda ise menim hec bir qadina paxilliqim yoxdu.Xosum gelen gozume,gozel gorunene ,gozel deyirem belesinede eybecer!Movzuya serhinizi bildirin.Serhlere niyye qarisirsiniz ki?!

      Cavab yaz
  • Anonim
    R_V · 17 Noyabr 14:3230

    Yox yaraşıqlı qız deyil.həmdə özünnən dən çox razı danışır.deyir məni 21 yaşımda qaçırtdı sonra 1həftədən sonra evə gəldim.adama deyərlər 1həftə neynirdin orda??o vaxt 21idisə indi neçədiki yaşı bəyəm??saç düzümüdə heç qəşəng deyil nəsibənin kuklaslna oxşayır

    Cavab yaz
  • Anonim
    Papatya · 17 Noyabr 14:3832

    Çox da marağımda olmayan sahədən olduğuna görə müsahibəni oxumadım. Amma qız pis deyil. Şirin təhər qızdı).hələ əlini çənəsinin altına qoyub güldüyü ağ qara şəkil daha çox xoşuma gəldi..bircə döymesi... Çox təəsüf. Ən nifrət etdiyim şeydi.

    Cavab yaz
    • Anonim
      asi · 17 Noyabr 15:0521

      Salam Papatya..Mənə də çox maraqlıdır ki, bu boyda uzun müsahibədə nə danışılır..?? Elə bil modelin yox, Rəşid doxturun fikirlərin soruşublar, o da haqlı olduğu doğru fikirləri deyib qurta bilməyib...

      Cavab yaz
      • Anonim
        Papatya · 17 Noyabr 16:3611

        Ne bilim vallah)) başlıq belə həyəcan yaratmadi mən də)) boş verək ən yaxşısı) bu arada Aleyküm Salam Asi.

        Cavab yaz
  • Anonim
    R_V · 17 Noyabr 14:5060

    O əlini şalvarına elə tutmaq nə deməkdi ee guya

    Cavab yaz
  • Anonim
    Ulvıya · 17 Noyabr 14:5140

    Doyme bır xanımda nece pıs gorsenır.nıye lazım Gül kımı bedenınızı qaraldıb qoyursuz

    Cavab yaz
  • Anonim
    R_V · 17 Noyabr 15:0185

    Kim nə deyirsə desin mən burda şərhləri oxuyuram ebrunun asinin birdə əsranın şərhlərini çox bəyənirəm adamın ürəyinnən gələn sözləri yazırlar çox vaxt

    Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 17 Noyabr 15:1372

      Cox saq olun.Oxuyan gozleriniz yorulmasin:)..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 17 Noyabr 17:5532

        Amin ! var olsun saq olsun.

        Cavab yaz
    • Anonim
      asi · 17 Noyabr 17:3433

      Sağ olun...Məndən də maraqlı şərhlər yazanlar var)..

      Cavab yaz
  • Anonim
    Uzaq · 17 Noyabr 15:1620

    Müsahibəsində səmimilikdən çox çatışmamazlıq hiss etdim.O istədi, bu qaçırdı,hamıdan gözələm,sponsor karim ol dedi,sevgilim getdi başqası gəldi.O biri gözəllərimizə baxanda bu biraz gözə xoş gəlmişdi,müsahibəsi ilə o da itdi gözdən.

    Cavab yaz
  • Anonim
    !!! · 17 Noyabr 15:3820

    Gözəl görmədim axı

    Cavab yaz
  • Anonim
    Y · 18 Noyabr 19:3120

    Eybecer qiz deyil uz cizgileri incedi ozune gore gozelliyi var.Amma baxan kimi ne gozel qizdi demek olmaz.Geyimi ise yasli kisiler gece geyinen pijamalara oxsayir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.