Maraqlı

“Eurovision-2020”nin iştirakçı ölkələri açıqlandı

15 Noyabr 2019 07:55
1 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision - 2020" mahnı müsabiqəsinin təşkilatçıları bütün iştirakçı ölkələrin adlarını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 41 ölkənin adının yer aldığı siyahı müsabiqənin rəsmi saytında yerləşdirilib.  

Ukrayna və Bolqarıstan "Eurovision"a qayıdıb, Macarıstan və Monteneqro isə müsabiqəni tərk edib. Xatırladaq ki, Ukrayna Təl-Əvivdə keçirilən "Eurovision - 2019"da iştirak etməmişdi.

2020-ci ilin 12-14 may tarixlərində Niderlandda keçiriləcək müsabiqənin digər iştirakçıları isə bunlardır: Azərbaycan, Albaniya, Ermənistan, Avstraliya, Belarus, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Niderland, Böyük Britaniya.

Xatırladaq ki, bu ilin qalibi - Niderland və müsabiqənin əsasını qoyan ölkələr - Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya birbaşa "Eurovision - 2020"nin finalında iştirak edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.