Son günlərdə çox arıqlayan və haqqında ''xəstədir'' şaiələri gəzən Dilan Çiçek Deniz kökəlmək istəyir.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, 2014-cü ilin ''Miss Türkiyə'' gözəlinin çox arıqlaması heyranlarının gözündən yayınmayıb.
Keçən axşam muxbirlərin ''xəstələnmisiz deyə bu qədər arıqlamısız?'' sualına ''xeyr, sadəcə, bəzi qidalara allergiyam var. Özümü sağlam hiss edirəm, lakin bir az kökəlsəm, daha yaxşı olaram'' cavabını verib.
Qeyd edək ki, Dilan Çiçek Deniz model olmaqla yanaşı, eyni zamanda, məşhur aktrisadır, 24 yaşı var.
Milli.Az