Maraqlı

14 min il əvvəl hazırlanmış mamont tələsi aşkar edilib

17 Noyabr 2019 21:55
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika arxeoloqları mamontlar üçün hazırlanmış 14 min illik tələ aşkar edib. 2019-cu ildə, Mexiko yaxınlığında açkar edilmiş mamont məzarlığının, qədim dövrlərdə tələ məkanı olması məlum olmuşdur. Bu haqda Luis Kordoba "Universal" dərgisinə müsahibəsi zamanı bildirmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  söhbət 14 min il bundan öncə mamontlar üçün hazırlanmış tələdən gedir. Kordobanın sözlərinə görə, bu növ artefaktlar hələ dünyanın heç bir yerində tapılmamışdır. Arxeoloqların sözlərinə görə, tapıntı ərazisinin yaxın ətrafında buna oxşar daha üç tələnin aşkar edilməsi mümkündür. Kordoba bildirir ki, tapılmış artefaktlar Tultepek mamont muzeyində sərgilənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.