Maraqlı

Bill Gates Windows Mobile əməliyyat sisteminin nəyə görə uğursuz olduğundan danışdı

9 Noyabr 2019 23:15
0 Şərh     Baxış: 551

Bir neçə il ərzində Microsoft şirkəti Windows Mobile əməliyyat sistemini inkişaf etdirərək mobil əməliyyat sistemləri bazarının bir hissəsini özünə götürmək istəyirdi. Lakin nəticə etibarilə şirkət Windows Mobile əməliyyat sistemini ləğv etdi. Bu üsul ilə faktiki olaraq şirkət mobil əməliyyyat sistemləri bazarındakı uğursuzluğunu etiraf etdi. Microsoft-un təsisçisi Bill Gates isə Windows Mobile əməliyyat sisteminin hansı səbəbə görə Android və iOS-ə rəqib ola bilmədiyini açıqladı. Bu barədə The Verge saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Microsoft-un keçmiş CEO-su Bll Gates bildirib ki, Windows Mobile Android-i geridə qoymaq üçün bütün şanslara sahib idi. Lakin ABŞ-ın ədliyyə nazirliyi tərəfindən aparılmış antimonopoliya istintaqı faktiki olaraq Windows Mobile əməliyyat sisteminin ölümünə səbəb oldu. "Heç şübhəiz antimonopoliya istintaqı Microsoft-a təsir etdi. Əgər bu olmasaydı biz Windows Mobile inkişafına daha çox zaman ayıra bilərdik. Nəticədə siz indi Android ilə deyil Windows Mobile ilə çalışacaqdınız. Lakin mən diqqətimi digər şeylərə ayırdım və vaxtı ikən çoxlu səhvlər etdim" - deyə Bill Gates bildirib.

Bill Gates onu da əlavə edib ki, Microsoft öz əməliyyat sistemini Motorola smartfonlarında işə salmaq şansını əldən buraxmışdı. Belə ki, şirkət öz əməliyyat sistemini vaxtında tam hazır vəziyyətə gətirə bilmədi. "Biz, Motorola-nın işıq üzü görməsinə kimi yalnız 3 ay gecikdik. Nəticədə isə biz uduzduq. İndi heç kim Windows Mobile barəsində xatırlamır. Neynəmək olar. Bir neçə yüz milyard dollar burda, bir neçə yüz milyard dollar isə orda" - deyə Bill Gates əlavə edib. Çox güman ki, Bill Gates öz müsahibəsində 2009-cu ildə təqdim edilmiş Motorola Droid adlı smartfonu nəzərdə tutub. Əməliyyat sistemi qismində həmin smartfona Android 2.0 quraşdırılmışdı. Halbuki Microsoft şirkəti öz əməliyyat sistemini həmin smartfon ilə inkişaf etdirmək şansına sahib idi. Belə ki, Motorola Droid alıcılar arasında çox məşhur idi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.