Maraqlı

Perekis - üz dərisini əla təmizləyən UCUZ VASİTƏ. İstifadə qaydaları

19 Oktyabr 2019 20:22
1 Şərh     Baxış: 8 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təmiz və təravətli dəri hər insanın arzusudur. Bəzən çox ucuz və əlçatan vasitələrdən istifadə etməklə dərinin vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür.

Belə vasitələrdən biri "perekis"dir.

Hidrogen peroksidi (el arasında - "perekis") kosmetologiyada geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis həqiqətən dərini yaxşı təmizləyir və ağardır, qızartını, civzə və sızanaqları yox edir.

Lakin bu vasitədən ehtiyatla istifadə etmək lazımdır. Düzgün istifadə etmədikdə və ya çox tez-tez istifadə etdikdə perekis dərini qurudur, qabıqverməyə gətirib çıxardır.

Bu səbəbdən dərinyə ziyan vurmamaq üçün perekisdən istifadə etdikdə bu qaydalara əməl edin:

- yalnız 3%-lik perekisdən istifadə edin.

- istifadə etdikdən əvvəl test edin - perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə, istifadə etməyin.

- perekis bütün üz dərisinə deyil, yalnız səpgilərn üzərinə çəkilir. Perekisi pambıq diskə pohdurub sızanaqlar və civzələrin üzərinə çəkin.  

- perekisi hər gün və uzun müddət ərzində istifadə etməyin.

- dəriniz quru və həssas, allergiyaya meyillidirsə, perekisdən istifadə etməyin.

- perekis selikli qişlara və gözlərə düşməməlidir.

Perekis həmçinin müxtəlif ağardıcı və təmizləyici maskaların tərkibində də istifadə olunur. Məsələn, gil + perekis, kəsmik + perekis və s.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.