Elektron siqaretlər qadağan edilməlidir - Professor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektron siqaretlər insan sağlamlığına ciddi təhlükə törətdiyi üçün ölkəyə gətirilməsi qadağan olunmalıdır.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a elektron siqaretlərin insan sağlamlığına zərərləri barədə danışan tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, elektron siqaretlərin kanserogen effekti adi siqaretdən geri qalmır:
"Bəzi insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə edərək, ondan istifadə edirlər. Əslində isə bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu siqaretin tərkibindəki süni, aromatik maddələr həm birbaşa, həm də tüstülənərək nəfəs yoluna daxil olur. Bu da insan sağlamlığı üçün çox ziyandır. Bu səbəbdən elektron siqaretlərin istifadəsindən çəkinmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar elektron siqaretlər bəzi insanların əlində biznesə çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı onun ziyanını sübuta yetiribsə və bununla bağlı rəylər ortadadırsa, biz də bəzi ölkələr kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrinə qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin ziyan olması ilə bağlı təbliğat işləri aparılmalı və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. Bu zərərli vərdişdən insanlar əl çəkməlidirlər".
Qeyd edək ki, Hindistanda elektron siqaret sağlamlığa ciddi təhlükə törətdiyi üçün qadağan edilib. Bundan başqa ABŞ-ın bəzi ştatlarında da tütün qoxulu istisna olmaqla, meyvəli, şirin, nanə və mentol ətirli elektron siqaretlər qadağan olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış aktrisa vəfat etdi
-
Neftimiz ucuzlaşdı
-
Sahibkarlara şad XƏBƏR: Nazir AÇIQLADI
-
SEPAH-dan Hörmüzdəki gəmilərlə bağlı QƏRAR
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOlar
-
"Dünyada 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır"
-
Tiktoker Arzum qəzanın anbaan VİDEOsunu paylaşdı
-
Bu axşam UEFA Konfrans Liqasının finalı VAR
-
Rusiya səfiri Norveç XİN-ə çağırıldı
-
Qardaş ölkədə güclü ZƏLZƏLƏ: Ölən və yaralananlar var
-
Dünyanın yenə anlamaq istəmədiyi yeni Ebola dərsi
-
Kılıçdaroğlu Özgür Özeldən TBMM-ə ŞİKAYƏT ETDİ
-
Bu BÜRCLƏRİN əlinə yaxşı pul KEÇƏCƏK
-
""Qurban" - fəda etmek deməkdir, qoyun kəsmək YOX"
-
DÇ 2026-da Türkiyənin rəqibinin heyəti AÇIQLANDI
-
110 kq narkotiki görün harada keçirmək istədilər - DGK AŞKARLADI - FOTO
-
Ceyhun Bayramov Quterreşə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib
-
Bayram namazı qılındı
-
Azərbaycanlı futbolçunun toyu OLDU
-
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Dünyanın ən böyük divar rəsmi ilə Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
-
Artıq şəhərləri bu bitki ilə işıqlandıracaqlar: Çindən ekoloji inqilab
-
Engin Altan Düzyatan yeni serialda
-
136 yaşındadır, 27 oğlu, 7 qızı və 500-dən çox nəvəsi VAR - VİDEO





