PUBG Mobile 9-cu mövsümə son yeniləmə ilə başlamışdı. Yeni mövsümün başlaması ilə növbəti mövsüm haqqında məlumatlar ortaya çıxıb. PUBG Mobile, noyabrın ilk həftəsini 10-cu sezonun başlanğıc tarixi kimi qeyd edir.
Milli.Az chip.az-a istinadən bildirir ki, Google Play 2018 Mükafatlarında 2018-ci ilin ''Ən Yaxşı Oyun'', ''Sevimli Fan Oyunu'' və ''Ən Rəqabətli Oyun'' mükafatlarını qazanan PUBG Mobile, ''Qızıl Joystick'' mükafatında ''İlin Ən Yaxşı Mobil Oyunu'' mükafatını aldı.
Bu yaxınlarda başlayan PUBG Mobile-ın 9-cu mövsümü 7 noyabrda başa çatacaq. Ardından PUBG Mobile 10-cu mövsüm başlayacaq. PUBG Mobile-dən yeni mövsümdəki ən böyük gözlənti Erangel 2.0 xəritəsinin təqdimatıdır.
Qeyd edək ki, 9-cu sezonun yeniləməsi 12 sentyabrda Android üçün 124 MB və iOS üçün 140 MB təqdim edilib.
Milli.Az