Qiyamət gününün ssenarisi: Dünya bu səbəblərdən məhv olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhv təhlükə siqnalına reaksiya və ya lokal münaqişənin eskalasiyası ABŞ və Rusiya arasında nüvə müharibəsinin başlamasına səbəb ola biləcək ən real senarilərdir.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.
Xatırladaq ki, dünən Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə müharibəsinin başlaması riskinin olduğunu bəyan edib.
"Strateji stabillik sahəsindəki vəziyyət pisləşməyə davam edir. Təəssüf ki, bu, faktdır, danılmaz faktdır. Risklər də artmaqdadır... hətta tərəflərin nüvə münaqişəsini başlamaq niyyətinin olmadığı vəziyyətdə belə, nüvə müharibəsinin başlaması riski var. Xüsusilə son il ərzində mənfi dinamika müşahidə olunur", - Ryabkov deyib.
Akademik Arbatov güman edir ki, əgər nüvə münaqişəsi başlasa bu qəsdən edilməyəcək, belə ki, heç bir tərəf qələbə qazanmaq niyyəti ilə nüvə müharibəsini başlamır: hər iki tərəf bilir ki, belə bir müharibədə qələbə qazanmaq mümkün deyil.
"Rusiyanın ABŞ-a və ya ABŞ-ın Rusiyaya qəsdən hücum etməsi ağlabatan senari deyil. Burada başqa səbəblər barədə narahat olmaq lazımdır", - Arbatov vurğulayıb.
Texniki nasazlıq
Mütəxəssisin sözlərinə görə, nüvə müharibəsinin başlamasına texnika ilə bağlı problemlər səbəb ola bilər.
"Birincisi, nüvə münaqişəsi raket hücumuna qarşı xəbərdarlıq sistemlərində texniki nasazlıqlar səbəbindən başlaya bilər. Onlar (xəbərdarlıq sistemləri - red.) müntəzəm olaraq səhv xəbərdarlıq verirlər və böhran vəziyyətində tərəflərdən bir bu xəbərdarlıqlara çox sərt reaksiya versə, nüvə müharibəsi başlaya bilər", - Arbatov deyib.
Onun sözlərinə görə, səhv təhlükə siqnalı texniki nasazlıq və ya nüvə terrorçularının təxribatı ilə bağlı ola bilər.
Eskalasiya
Akademik həmçinin hesab edir ki, nüvə müharibəsi lokal münaqişənin qloballaşması nəticəsində də baş verə bilər.
Onun sözlərinə görə, haradasa lokal silahlı münaqişə yarana bilər: "Və məğlub olduğunu görən tərəf münaqişəni dayandırmaq, de-eskalasiyanı təmin etmək üçün nüvə silahından məhdud şəkildə istifadə etmək qərarına gələ bilər. Lakin digər tərəfin də buna cavab olaraq nüvə silahını tətbiq etməsi ilə eskalasiya baş verəcək və tərəflərin bir-birinə qarşılıqlı zərbələri artacaq", - Arbatov deyib.
Ekspertin fikrincə, ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə xitam verilməsi və ortamənzilli raket sistemlərinin yerləşdirilməsi bu tip riskləri artırır.
Arbatov izah edib ki, Amerikanın ortamənzilli sistemləri Avropa və Asiyada yerləşdirilməsi Rusiya üçün strateji xarakter daşıyır: Moskva bu sistemlərin hər hansı bir formada istifadəsinə strateji səviyyədə cavab verəcək, bu isə öz növbəsində Amerikanın strateji səviyyədə cavabına gətirib çıxaracaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





