Maraqlı

Xiaomi şirkəti Redmi Note seriyasının satışlarında növbəti rekordu qırdı

16 Sentyabr 2019 07:21
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti öz Twitter hesabında yeni rekord barəsində məlumat verib. Belə ki, şirkət özünün Redmi Note seriyasına daxil olan smartfonların ümumi satış göstəricisini təqdim edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, beləliklə şirkətin verdiyi məlumata əsasən Redmi Note seriyasının satılmış cihazlarının ümumi sayı 100.000.000 göstəriciyə çatıb və yüksəlməkdə davam edir. Brendin ən çox satılan modellərindən biri isə Redmi 7 modeli olub. Satışa çıxmasından 7 ay ərzində şirkət 20 milyon ədəd Redmi Note 7 sata bilib. Bura həmçinin Redmi Note 7 Pro modeli də daxildir. Bu ay təqdim edilmiş Redmi Note 8 və Note 8 Pro modelləri də bu göstəriciyə çatmaq üçün bütün şanslara sahibdirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.