Maraqlı

14 məsum kimlərə deyilir?

16 Sentyabr 2019 21:50
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məsum günahsız insanlara deyilir. Müsəlmanların əqidəsinə görə, bütün peyğəmbərlər məsum olmuşlar. Şiə məzhəbində həm də imamlar məsum saylırlar. Bunun sübutu Qurani-kərimin Əhzab surəsinin 33-cü ayəsidir. Ayədə Həzrət Mühəmməd Peyğəmbərin (s) Əhli-beytinin də günahlardan təmizləndiyi və pak-pakizə olduğu bildirilir. Peyğəmbərin qızı Həzrət Fatimə (ə) də Əhli-beytə aid olduğu üçün məsumdur. Beləliklə, şiə inancına görə 14 məsum Həzrət Mühəmməd Peyğəmbərdən (s), Fatimədən (ə) və aşağıda adları çəkilən 12 imamdan ibarətdir: İmam Əli ibn Əbu Talib, İmam Həsən, İmam Hüseyn, İmam Əli Zeynül-abidin, İmam Mühəmməd Baqir, İmam Cəfər Sadiq, İmam Mu¬sa Kazim, İmam Əli Riza, İmam Mühəmməd Təqi, İmam Əli Nəqi, İmam Həsən Əskəri və İmam Mehdi (ə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.