Maraqlı

“Android” sistemli smartfonlar fişinq hücumu təhlükəsi ilə üzləşib

10 Sentyabr 2019 07:21
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Check Point Research" şirkətinin ekspertləri "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlarda boşluq aşkarlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  ekspertlərin məlumatına görə, kritik boşluq hakerlər üçün qurğu istifadəçilərinin elektron poçtuna daxil olmağa imkan verir.

"Check Point Research" tədqiqatçılar qrupu "Samsung", "Huawei", "LG", "Sony" istehsalçılarının smartfonlarında və "Android" sistemli digər qurğularda boşluq aşkarlayıb. Bu səhv istifadəçiləri təkmilləşdirilmiş fişinq hücumları qarşısında müdafiəsiz qoyur", - ekspertlər qeyd edib.

Analitiklərin fikrincə, hakerlər özlərini rabitə operatoru kimi təqdim etmək və istifadəçilərə saxta bildirişlər göndərmək üçün boşluqdan uzaqdan istifadə edə bilərlər.

Bildirilir ki, dünyada "Android" sistemli istənilən telefon zərərli SMS bildirişinin qurbanı ola bilər. Bu fişinq hücumu forması üçün daha həssas isə bir sıra "Samsung" smartfonları hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.