Maraqlı

İmam Əli ibn Əbutalib (ə) Azərbaycanda olubmu?

3 Sentyabr 2019 23:15
4 Şərh     Baxış: 4 936
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İmam Əli ibn Əbutalibin (ə) həyatı, səfərləri, hərbi yürüşləri barədə kifayət qədər tədqiqatlar aparılmış, kitablar yazılmışdır. Həmin kitablarda İmamın (ə) olduğu hər bir məkan qeyd edilmişdir. Bunların arasında Azərbaycan barədə heç bir məlumat yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Əlinin (ə) Azərbaycanda olması tarixi baxımdan öz təsdiqini tapmamışdır. Azərbaycanda İmam Əlinin (ə) adı ilə bağlı olan ziyarətgahlar və qədəmgahlar xalqln sevgisindən qaynaqlanır. Xalq İmam Əliyə (ə) duyduğy sevgi üzündən müxtəlif məkanları onun adı ilə əlaqələndirmiş, o həzrətin həmin məkanlara gəlıişi barədə rəvayətlər yaratmışdır. Bu rəvayətlərin bir çoxunda İmamın (ə) həqiqi mənada deyil, xəyal aləmində, hətta bəzi şəxslərin yuxusunda həmin məkanlara gəlişi söylənilir. Tarixi baxımdan bu rəvayətlərin əsası olmasa da, xalq inancı, Əhli-beytə sevginin nümunəsi kimi bunlar diqqətə layiqdir. Hər bir halda, bu cür məkanlar barədə ehtiramsızlıq etmək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.