Maraqlı

Ebru Gündeşə 3,5 milyonluq təklif - 5 minlik biletlər

25 Avqust 2019 15:26
0 Şərh     Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş iyul ayında "Harbiye Açıkhava" konsert salonunda 5 konsert vermişdi. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, onun bu tədbirlərdən qazancı tam 2.5 milyon lira olub.

Tamaşaçıların israrlı istəyinə görə yenidən konsertlər təklifi olub. Müğənni əlavə olaraq 1 milyon TL alacaq.Gündeş bu təkliflə razılaşıb.

Bu konsertin biletləri isə kifayət qədər baha satılır. Ən önəmli "Protokol yerlər" deyilən VİP sıralara biletin rəsmi satışı 1000 TL-di. Lakin bu biletləri kassada tapmaq mümkün deyil. Qara bazarda isə onları 5 min lirəyə alırlar. Normal yerlərin qiyməti isə 416 TL-yə də tapmaq olur. Ən arxa sıralar üçün isə 60 lirə vermək kifayət edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.