Maraqlı

Amerikalı tüner ən davamlı 911 modelini hazırlayıb - FOTO

15 Sentyabr 2019 19:30
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Viskonsin ştatındakı Fiçbyorq şəhərində yerləşən Kelly-Moss Road and Race atelyesi ən davamlı Porsche 911 sportkarını hazırlayıb. Amerikalı tüner 1984-cü ilin istehsalı olan Porsche 911 Carrera modelini yolsuzluq kupesinə çevirib.

Tünerlər avtomobolin arxa təkər tağlarını 7 sm artırmış, ön tağları isə 14 sm genişləndirmişlər. Nəticədə, avtomobili 245/65/R17 ölçülü BG Goodrich şinləri ilə təchiz etmək mümkün olub.

Willy adlandırılmış avtomobilin kuzovu güclü təhlukəsizlik karkası ilə təchiz edilib. Karkasın üzərində quraşdırılan baqaj daha bir 911 sportkarının asanlıqla saxlaya bilir. Gücləndirilmiş konstruksiyasına baxmayaraq, kupe 1200 kq yaxın çəkiyə malikdir. Yolsuzluq sportkarını Eibach yayları və tənzimlənən ikiborulu Exe-Tc amortizatorları ilə də təchiz ediblər.

Avtomobil 340 at qüvvəsi hasil edən 3,4-litrlik altısilindrli oppozit mühərriki və mexaniki ötürmələr qutusu ilə hərəkətə gəlir.  Willy  havalandırmalı diskləri olan Brembo əyləc mexanizmlərinə, yeni fənərlər və  damda quraşdırılan "çilçırağa" sahib olub. Avtomobilin salonunda Momo sükan çarxı və Recaro oturacaqları quraşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.