Maraqlı

Rusiyanın ən sakit və səs-küylü şəhərlərinin adları açıqlanıb

21 Avqust 2019 04:30
0 Şərh     Baxış: 1 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ən səs-küylü şəhərləri Kemerovo və Moskva vilayətlərində, ən sakitləri isə Kalininqrad və Krasnodar vilayətlərində yerləşir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sakit şəhərlərin sırasına, həmçinin Kalininqrad vilayətinin Quryevsk, Krasnodar vilayətinin Eysk və Stavropol diyarının Mixaylovsk şəhərləri daxil olub.

Ən səs-küylü şəhərlər arasında isə Kemerovsk vilayətinin Kiselevsk şəhəri liderdir. Onun ardınca həmin vilayətin Leninsk-Kuzneçkiy və Moskva yaxınlığındakı Elektrostal şəhərləri gəlir.

Moskva və Sankt-Peterburq şəhərləri isə bu sahədə 200 şəhər arasında müvafiq olaraq 129 və 106-cı yerləri tuturlar. Moskvalılar səs-küylə yanaşı, havanın keyfiyyətindən və yollarda avtomobillərin intensivliyindən narazılıq edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.