Maraqlı

Yeni “iPhone” smartfonunun təqdimat tarixi və vaxtı məlum olub

20 Avqust 2019 08:15
0 Şərh     Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" korporasiyası avqustun 15-də çıxarılmış "iOS 13" versiyasının 7-ci beta-versiyasının kodunda yeni "iPhone" cihazının təqdimat tarixini açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, gizli ekran görüntülərindən birində təyin edilmiş "HoldForRelease" parametrində tarix və vaxt göstərilib: çərşənbə axşamı, 10 sentyabr, 9:41. Bakı vaxtı ilə 20:41.

Tarix və vaxtı göstərən eyni ekran görüntüsü ötən il də sızmışdı.

Beləliklə, "Apple" korporasiyası sentyabrın 10-da Stiv Cobs Teatrında yeni smartfonlarını nümayiş etdirəcək, 13-də isə ilkin sifarişlər əlçatan olacaq. Sentyabrın 20-də qurğular satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.