Bəhlul: "Səndə nə varsa, hamısı xalqın malıdır... "
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə "Harun, Harun, Harun" deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: "Məni tanıdınmı?"
Milli.Az maide.az-a istinadən bildirir ki, Bəhlul dedi: "Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan."
Harun soruşdu: "Halımı necə görürsən?"
Bəhlul belə cavab verdi: "Qurana bax, halını bil." Sonra bu ayəni oxudu:
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ. وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ
"Həqiqətən, yaxşılar Behiştdə qərar tutacaq və həqiqətən də, pislər Cəhənnəmdə olacaqlar." ("İnfitar", 13-14.)
Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu:
إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ
"Allah yalnız təqvalılardan qəbul edir." ("Maidə", 27.)
"Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olacaq?" - deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu:
فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءلُونَ
"Sur üfürüləcəyi vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz." ("Muminun", 101.)
Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşduqda, Bəhlul yenə Quran ayəsi oxuyur:
يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا
"Həmin gün Rəhman Allahın icazə verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz." ("Таһа", 109.)
Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var?
Bəhlul deyir: "Günahlarımı bağışla, məni Behiştə göndər."
Harun deyir: "Məndə belə bir güc yoxdur. Amma deyirlər ki, borcun var, bəlkə borcunu ödəyim?"
Bəhlul deyir: "Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə."
Harun başqa təklif edir: "Gəl, ömrünün sonunadək sənə maaş təyin edim."
Bəhlul yenə etiraz edir: "Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!" ("Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.278-279.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





