İnfarkt və insultun qarşısını alan qidalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox xəstəliklər vardır ki, onlar qanın laxtalanmasının çox olması səbəbindən baş verir. Bu xəstəliklərə infarkt, insult, tromboflebit, venaların varikoz genəlməsi və s. aiddir. Sadalanan xəstəliklərin əmələ gəlmə səbəbini birləşdirən ortaq nöqtə qanın laxtalanma qabiliyyətinin çox olmasıdır. Qanın laxtalanma qabiliyyəti çox olduqda o damarlarda normal dövr edə bilmir və hərəkət etdiyi nahiyələri lazımınca qidalandırmır. Bu ən çox beyin qan damarlarında baş verdiyi zaman daha təhlükəli olur. Qan dövranının zəifləməsi qanın işlədiyi yeri yetərincə oksigenlə qidalandırmadığı üçün həmin nahiyələr oksigen aclığı yaşayır. Bu orqanizmin istənilən orqan və toxumalarında baş verə bilir. Qanın yaxşı işləmədiyi nahiyələrdə isə infarkt,i nsult və bu kimi müxtəlif xəstəliklər meydana çıxır. Bunun baş verməməsi üçün isə xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edir. Amma bəzi qidalar da vardır ki, onları qida rasionunuza daxil etməklə siz qanınızın laxtalanma qabiliyyətini normallaşdıra bilərsiniz. Sizləri qanın tərkibinin dəyişilmsinə təsir edən qida maddələrini təqdim etmək istəyirəm.
1. Qanı duruldan qidalar.
Çoxlu su için. Su dedikdə mütəxəssislər təbii bulaq suyunu nəzərdə tutur. Hər böyük adam ən azı gün ərzində 2-2,5 litr su içməlidir. Bu ən çox isti havalarda vacib sayılır. Bol içilən təbii su qanda trombların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa mütəxəssislər profilaktika məqsədilə qanın laxtalanmasının azalması üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir:
* zeytun və kətan yağı
* alma sirkəsi
* sarımsaq və soğan (mütəmadi olaraq istifadə etmək)
* limon
* günəbaxan tumu
* çuğundur
* tomat və pomidor
* zəncəfil
* moruq, çiyələk, böyrütkən, albalı.
Bu sadalananların hər gün ən azı ikisinin süfrədə olması qanın laxtalanmasının qarşısını alır.
2. Mütəxəssislər qanın laxtalanmasını sürətləndirən qidaların adlarını açıqladılar. Bunlara aiddir:
* ət bulyonu
* kolbasa və sosiska
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* bağayarpağı
* banan və manqo
* bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)
3. Qanı az miqdar qatılaşdıran maddələr
* siqaret
* spirtli içkilər
* çoxlu duz qəbulu
* sidikqovucular
* hormonlar dərmanlar.
Mütəxəssislər qanın normal işləməsi və bütün toxumaları qidalandırması üçün çoxlu piyada gəzməyi, idmanla məşğul olmağı məsləhət bilirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
XƏBƏR LENTİ
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)





