Maraqlı

Ağızda acı, turş, şirin dadlar: Bu hal nədən xəbər verir?

17 Avqust 2019 19:45
0 Şərh     Baxış: 3 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər hansı qida qəbul etmədən ağızda dad hissiyyatının olması hər kəsə tanış haldır. Ağızda müxtəlif - acı, turş, hətta şirin dad hissiyyatının yaranması normal qəbul edilsə də, bu, bəzən hansısa xəstəliyin əlaməti də ola bilər. İmplant Estetik Tibb Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, bu, hər hansı xəstəliyin ilk simptomlarından biri ola bilər. Ağızda bu kimi dad hissi uzun zaman davam edərsə, buna laqeyd yanaşmaq olmaz.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bəs ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlaməti ola bilər?

Şirin dad

- mədəaltı vəzi xəstəlikləri

- şəkərli diabet

- nəfəsalma sisteminin infeksion xəstəlikləri

- sinir sisteminin fəaliyyətində pozulmalar

- güclü xroniki stress və depressiya

- siqaret çəkməkdən imtina

- bəzi kimyəvi maddələrlə zəhərlənmə

Turş dad:

- qastrit, xora xəstəliyi

- ağız boşluğu xəstəlikləri

Duzlu dad:

- susuzlaşma

- tüpürcək vəzilərinin xəstəlikləri

- sinusitlər (haymorit, frontit)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.