Maraqlı

Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?

10 Avqust 2019 19:10
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mina torpağında hacıların şeytana üç tərəfdən daş atmalarının səbəbi nədir? O zaman ki, İbrahim (ə) peyğəmbər yuxuda görür ki, Allah ona İsmayili (ə) qurban etməsini əmr edir, İsmayilə (ə) bu haqda heç bir şey demir. Sadəcə buyurur ki, kəndir və bıçaq götürüb, onunla dərəyə gəlsin ki, bir qədər odun toplasınlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu zaman şeytan (lən) qoca kişi simasında İbrahimə (ə) zahir olur və İbrahim (ə) onu tanıyır və qovur. Şeytanın (lən) vəsvəsəsi Həzrət İbrahimə (ə) təsir etmir.

Bu zaman İsmayilin (ə) yanına gəlir və atasının onu öldürəcəyini söyləyir. İsmayil (ə) buyurur: "Nə üçün?". Şeytan (lən) deyir: "Belə hesab edir ki, Allah ona bu işi əmr etmişdir". Ismayil (ə) deyir: "Əgər Allahın əmri olarsa, qəbul edəcəyəm".

Şeytan (lən) bu dəfə vəsvəsə üçün İsmayilin (ə) anası Həcərin yanına gəlir və olanları ona deyir. Həcər buyurur: "İbrahimin (ə) İsmayilə (ə) olan əlaqəsi onu bu işdən saxlayar". Şeytan (lən) deyir: "O, xəyal edir ki, Allah ona əmr etmişdir". Həcər deyir: "Əgər Allah deyibdirsə, biz Ona təslimik".

Bu zaman şeytan uzaqlaşır. İsmayili (ə) bu işdən çəkindirə bilmir. Ona görə də İbrahim (ə) ona üç tərəfdən daş atır ki, uzaqlaşsın. Allah da bu əmələ görə onu hacılar üçün sünnət qərar verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.