Maraqlı

Alimlər robotlara müstəqil qərar qəbul etməyi öyrədiblər

2 Avqust 2019 20:17
2 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Elmlər Akademiyasının alimləri süni intellektə sahib robotların dəyişən mühitdə qərar qəbul edə biləcəyi proqram təminatını hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, robotlar iş mühitinin qeyri-müəyyənliyi və dəyişkənliyi şəraitində detalları emal edərkən özləri alətlərin hərəkət trayektoriyalarını və rejimlərini müəyyənləşdirir və düzəliş aparır.

Alimlərin sözlərinə görə, robotlar hətta güc əməliyyatlarının icrası zamanı 0,5 millimetr dəqiqliklə hərəkət edirlər. Robot iş sahəsinin virtual obrazını qurmaq və onun yerini tanımaq imkanına malikdir. Bu obraz əsasında süni intellekt öz iş alətlərinin hərəkət trayektoriyalarını müəyyən edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.