Ata-oğul saxta “Lamborghini” və “Ferrari” avtomobillərini istehsal etməkdə ittiham edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliyada bir kişi və onun oğlu özləri istehsal etdikləri avtomobilləri saxta loqolarla 70 min dollara satışa çıxarmaqda günahlandırılırlar.
İngiltərənin Guardian qəzetinin xəbərinə görə, Braziliyada ata və oğlu "Autos Fibra" adlandırdıqları fabrikdə "lüks avtomobil" istehsal etməyə başlayıblar. Sonra həm İnstagramda, həm də YouTube kanallarında "Autos Fibra" olaraq bu avtomobilləri reklam ediblər.
Lüks avtomobillərin dəyərindən çox aşağı qiymətə satılması həmin reklamları görən bir çox media istifadəçilərini həyəcanlandırıb və şirkətə sosial şəbəkədən çoxlu sifariş gəlib.
Amma satılmış avtomobillərdə bir müddət sonra çoxsaylı problemlər üzə çıxıb, "Lamborghini" və "Ferrari" aldıqlarını düşünənlər istehlakçı şikayətlərinin yazıldığı yerli bir internet saytına axın ediblər.
"Lamborghini" şirkəti məsələni bilən kimi Sao Paulodakı bir hüquq firmasıyla araşdırma barədə razılığa gəlib.
Firmanın vəkilləri polisə müraciət ediblər.
Polis "gizli şəkildə lüks avtomobil istehsal edən fabriki" çox asanlıqla tapıb.
Qaraja polis basqını
Bazar ertəsi "Autos Fibra"nın Santa Katarina əyalətinin 215 min əhalisi olan kiçik sahil şəhəri İtajai-dakı qarajına polislər gəlib.
Orda iki "Ferrari" və altı "Lamborghini" aşkar edilib.
Avtomobillərin bəziləri tamamlanmış vəziyyətdə, bəzilərisə istehsal prosesində olub.
Polisin həmin qarajda çəkdiyi şəkillərdə tamamlanmamış avtomobillərlə yanaşı, "Lamborghini" və "Ferrari" loqolu kapotlar və kreslolar da görünür.
Lüks idman avtomobillərinin maya dəyəri təxminən 400-800 min dollar aralığındadır.
Amma polis əməkdaşı Angelo Fragelli deyir ki, bu "fabrik"də istehsal edilən maşınlar 47-66 min dollara satılıb.
Maşınların xarici görünüşü avtomobil sektorunu yaxından izləməyən alıcılar üçün kifayət qədər inandırıcıdır. Ancaq motorları daha zəif markalardan götürülüb.
Müştərinin alıcılıq qabiliyyətinə uyğun razılaşmaya əsasən "Mitsubishi Eclipse", "Alfa Romeo" və ya "Chevrolet Omega" motorlarından istifadə edilib.
"İntellektual mülkiyyət cinayəti"nə görə araşdırma
"İntellektual mülkiyyət cinayəti" üzrə barələrində istintaq başladılan 53 yaşlı ata və onun 29 yaşlı oğlu sərbəst buraxılıblar.
Fragelli bildirib ki, "burda intellektual mülkiyyət cinayəti var, çünki bəzi markaların loqo və dizaynlarından istifadə ediblər".
"İntellektual mülkiyyət" müəlliflik hüququ alınmış və patenti olan məhsullar üçün istifadə edilən termindir.
"Fabrik"də hazırlanan saxta loqolu avtomobillərin "orijinal" olaraq təqdim edildiyini deyən Fragelli daha əvvəl qeydiyyatdan keçmiş loqoların şəxsi istehsala aid orijinal avtomobillərdə istifadəsinin qanunsuz olduğunu vurğulayıb və qeyd edib ki, o iki nəfər barəsində saxtakarlıq ittihamıyla cinayət işi açılıb.
"Lamborghini" şirkətiylə əməkdaşlıq edən hüquq firmasının vəkili Ariboni Brandi, əvvəl də belə hallarla üzləşdiklərini, oxşar bir "fabrik"in fevral ayında San-Pauloda aşkar edildiyini bildirib.
Ancaq Itajai şəhərindəki qaraj indiyə qədər tapılanların ən böyüyüdür:
"Bu şirkət uzun müddət bu işə investisiya qoyub. Biz şikayətçi olan müştərilərlə danışıb onlardan da informasiya almışıq. Avtomobillərin keyfiyyəti çox aşağı səviyyədədir. Keyfiyyətli hissələrdən istifadə etsələr də, daxili avadanlıqlar bitdikdən sonra ortaya orijinalları qədər yaxşı məhsul çıxmayıb".
"Lamborghini" şürkətinin nümayəndələrindən biri "Guardian"a göndərdiyi elektron məktubda yazıb ki, kiçik fabriki məhkəməyə verməyəcəklər, amma loqo və adlarından qanunsuz istifadəyə mane olmağa çalışırlar:
"Əsas təhlükəsizlik prinsiplərinin tam təmin olunmadığı saxta məhsullar müştərilərin və xalqın təhlükəsizliyini riskə atır, biz bu riskin qarşısını almağa çalışırıq".
"Ferrari" şirkəti isə suallara cavab verməyib.
"Autos Fibra"nın İnstagram hesabı və YouTube kanalı hələ də aktivdir.
"Sensasiyaçı və çürük media"
Çərşənbə axşamı YouTube kanalına yerləşdirdikləri bir videoda ata-oğul olduqlarını iddia edən iki şəxs "sensasiyaçı və çürük medianı" belə bir xəbər yaymaqla onların şirkətlərini qaralamaqda günahlandırıb.
Yaşca böyük olan şəxs deyib ki, "Fabrikamız bağlanmayıb, adi iş rejimində fəaliyyətini davam etdirir.
Müştərilərimiz üçün istehsal etdiyimiz avtomobillər var, onları bitirməyə söz vermişik". Bu şəxs şirkətin 25 ildir mövcud olduğunu da bildirib.
O, həmçinin qeyd edib ki, fabrik şəxsi istehsalla məşğuldur və Braziliya qanunları buna imkan verir; fabrikin avtomobilləri sözügedən markalarn dizaynlarını yüzdə-yüz tətbiq etmir; bu, istintaqın sonunda aydınlaşacaq və buna görə də onların məhsulları "kopiya" adlandırılmayacaq.
Vəkil Brandi isə bu fikrə etiraz edib: "Qanunlar sənaye dizayn və loqolarının başqaları tərəfindən istifadəsini qadağan edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
XƏBƏR LENTİ
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi





