Maraqlı

Mobil şəbəkələrə qoşulmadan zənglər etmək olacaq

29 İyun 2019 08:25
0 Şərh     Baxış: 1 473
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Oppo" smartfon istehsalçısı internet, mobil rabitə və "Bluetooth" şəbəkələrinə qoşulmadan zəng və məlumat mübadiləsinə imkan verən "MeshTalk" texnologiyasını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin smartfonlarda radiotezlik rabitəsini tətbiq etməsi sayəsində "Oppo" smartfonları ratsiyanı əvəz edəcək. Yeganə fərq isə "MeshTalk" texnologiyasının əhatə dairəsinin 3 km təşkil etməsidir.

Məlumata görə, rabitə modulu qoşulmuş vəziyyətdə olan smartfonlar gözləmə rejimində 3 günədək işləyə biləcəklər. Şirkət əmindir ki, texnologiya mobil rabitə və mobil internetə çıxış imkanı olmayan, eləcə də məxfi danışıqlar aparmaq istəyən istifadəçilər üçün faydalı olacaq.

Yeni texnologiyanın "Oppo" smartfonlarında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.