Meksika narkokarteli Kanadadakı Ford dilerlərinə metamfetamin göndərib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksikalı narkotik tacirləri mallarını sərhəddən keçirmək sahəsində ideya qıtlığı yaşamırlar. Əksər hallarda cinayətkarlara hüquq-mühafizə orqanlarını aldadaraq, narkotik maddələri sərhədin o tayına keçirməyə müvəffəq olurlar. Lakin, hərdən onların işləri tərs də gedir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, məsələn, bu yaxınlarda narkodilerlərin logistika səhvi onlara çox baha başa gəlib. Göndərilən növbəti partiya yerli narkodilerlərinin əlinə keçmək əvəzinə Kanadadakı Ford dilerlərinə göndərilib. Ontario polisinin verdiyi mətbuat açıqlamasında Ford şirkətinin Şərqi Kanadadakı dörd diler mərkəzinə baqajında qeyri-orijinal ehtiyat təkərləri olan Ford Fusion modelləri daxil olduğu bildirilir. Bildiyimiz kimi, Ford Fusion modeli amerikan şirkətinin Meksikadakı zavodunda istehsal olunur.
Diler mərkəzinin əmıəkdaşları ehtiyat təkərlərinin içərisində metamfetamin ilə dolu olan səliqə ilə düzülmüş paketləri aşkar ediblər və dərhal polisə xəbər veriblər. Polis, öz növbəsində, ətraflı məlumat almaq üçün Ford şirkətinin yerli nümayəndəliyi və amerikan markasının Meksikadakı zavodunun rəhbərliyi ilə əlaqə saxlayıb.
Ford markasının 13 diler mərkəzində aparılmış axtarışlar zamanı doqquz avtomobildə narkotik maddələr aşkar edilib. İçərisində metamfetamin olan daha altı avtomobili isə birbaşa qatardan endiriblər. Ümumilikdə, güc strukturları 180 kiloqram narkotik maddə aşkar ediblər ki, onların da ümumi dəyəri 4,5 milyon dollar edir. Böyük ehtimalla, narkotikləri Meksikadakı zavodun əməkdaşları yerləşdiriblər. Onların Kanadadakı ortaqları isə, nədənsə avtomobilləri vaxtında "təmizləyə" bilməyiblər.
Meksikalılar çox səliqəli işləyiblər
Polis bu işin arxasında Meksikanın ən iri narkokarteli olan Sineloanın durduğundan əmindir. Ümumiyyətlə, narkodilerlərin həyasızlığı sərhədlər tanımır. 2017-ci ildə Meksikadakı zavoddan ABŞ-a yarım ton marixuana göndərilib. O zaman cinayətkarlar "şeyi" harada gizlətdiklərini təxmin etmək çətin deyil. Bəli, bəli, məhz Ford Fusion modellərinin ehtiyat təkərlərində.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür





