Maraqlı

“Microsoft” klaviaturaya yeni düymə əlavə edəcək

25 İyun 2019 07:41
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti klaviaturaya yeni düyməni əlavə etməyi planlaşdırır. Yeni klaviatura düyməsinin "Microsoft Office" paketinə daxil olan proqramların işə salınması üçün cavabdeh olacağı təxmin edilir. Bu haqda "The Verge" nəşri yazır.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, hələ ki şirkət yeni klaviatura düyməsinin əlverişliliyi haqqında sorğular keçirir. Ehtimal ki, yeni düymə sağda yerləşən və istifadəçilər tərəfindən çox istifadə edilməyən "Win" düyməsini əvəz edəcək. İstehsalçılar, həmçinin yeni klaviatura düyməsini noutbuklarda tətbiq etməyi planlaşdırırlar.

Məlumata görə, "Microsoft" korporasiyası 1994-cü ildən "Win"-klaviaturaların klassik düzülüşünü dəyişdirməyib.

Emil Hüseynov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.