Maraqlı

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

17 İyun 2019 21:50
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei"ə qoyulan qadağa əslində, ABŞ və Çin arasındakı uzunömürlü münaqişənin başlanğıcıdır

2019-cu ilin mayında "Google", "Huawei", "Apple" və Tramp kimi oyunçuların iştirakı ilə qlobal ssenari işə düşdü.

Bu, nəinki ticarət müharibəsinin sonudur, əksinə ABŞ-la Çin arasında texnologiya və iqtisadiyyat uğrunda hakimiyyətə canatma döyüşünün başlanğıcıdır.

ABŞ-ın Kommersiya Departamenti "Huawei Technologies"i ABŞ-la ticarət məsələlərində qara siyahıya saldı, bundan sonra Yaponiyanın "Panasonik" və "Toshiba", həmçinin Britaniyanın çipdüzəldən "ARM" şirkəti də daxil olmaqla, dünya miqyasındakı bir çox şirkətlər bu qərara qoşularaq Çinin dəstəklədiyi şəbəkə nəhənginin daha da sıxışdırılmasına səbəb oldular. İndi onlar Pekinin cavab tədbirləri kimi risklərlə üz-üzədirlər.

Çin "Huawei"ə görə cavab tədbirləri görəcəkmi?

Çin necə cavab verəcək? Sadəcə indi deyil, üzümüzə gələn onilliklərdə də. ABŞ əslində odla oyun oynayır.

Səbəb də budur ki, Çin demokratiya və ya insan hüquqları kimi qaydalarla oynamır, o, tamamilə başqa nizama əsaslanan bir rejimdir. Biz indi Yeni Çim İmperiyasının yüksəlişindən danışırıq.

Qlobal texnologiya sənayesi "Huawei"ə qoyulan tarif və yığım qadağalarından tutmuş, ABŞ-la Çin arasında getdikcə qızışan soyuq müharibənin ortasına düşüb. Bu proses ticarət və ticarət defisitləri ilə əlaqədar olduğu qədər, Çinin intellektual mülkiyyət oğurluğu ilə də əlaqədardır.

Çin tezliklə Birləşmiş Ştatlarla rəqabət apara biləcək texnologiya şirkətləri arsenalına sahibdir. "Huawei"özünün mobil operator sistemlərini yaradır, bu, "Google" və "Apple"ın internetdəki mobil sistemlər üzərindəki monopoliyası ilə eyni şeydir.

"Huawei" hələlik pis günlərini yaşasa da, bu, Çini daha da yaxşı strategiyalar və daha çox böyümək üçün adaptasiya etməyə təşviq edəcək. Çində doğrudan da dövlətin dəstəklədiyi və möhtəşəm özəlliklər yaratmağa bacarığı çatan "Alibaba", "Tencent", "Xiaomi", "China Mobile", "ByteDance", "Meituan", "JD.com" və saysız-hesabsız şirkətlər var.

Soyuq Texnologiya Müharibəsi 2019-cu ildə başladı

Mən bir futurist kimi hiss edirəm ki, bu qadağa sadəcə ABŞ və Çin arasındakı ticarət mübahisəsində vurulmuş axırıncı zərbə olmaqla kifayətlənməyəcək. Bu, daha çox dünyaya hökmranlıq etmək uğrunda aqressiv taktikalardan istifadə ediləcək soyuq texnologiya müharibəsinin başlanğıcıdır. Mən inanıram ki, 2019 bütün bunların başlanğıcıdır.

Səhv etməyək, ABŞ bu yolla Çinin qarşısında sədd qoymağa çalışır, çünki Çin maneələri getdikcə aşaraq, 21-ci əsrin iqtisadi supergücü və texnologiya nəhəngi olmaq yolunda irəliləyir.

"Huawei"n B Planı olan əməliyyat sistemi o deməkdir ki, "Huawei" "Apple" və "Google"a qarşı rəqabət aparmaqda iddialıdır. Bu, həm də Çinin dəstəklədiyi sevimli şirkəti barədə uzunmüddətli niyyətlərinin olması deməkdir. "Huawei" inanılmaz sürətlə böyüyür və belə görünür, Çin Dövlətindən gələn maliyyə ilə daha da böyüyəcək. "Huawei"in öz baxçasında yetişən "OS" texnologiyası ilə bağlı çox az şey məlumdur, amma deyilənə görə, daxildə "Huawei" onu "Proyekt Z" adlandırır.

Həqiqət budur ki, "Huawei"in aylar boyunca ABŞ-ın qara siyahısında "nəfəs almaq" üçün ehtiyatı var. Almaniya, B.B. və digər ölkələr özlərinin gələcəkdəki 5G provayderi kimi "Huawei"i qadağan etməyiblər. Bir çox ölkələr bu mübahisədə bacardıqları qədər neytral qalmaq məcburiyyətindədirlər, çünki bu daha böyük partnyorların güc oyunudur. Çin 2020 və 2030-cu illərdə innovasiyalarda və startaplar sahəsində Silikon Vadisinə badalaq gəlmək üçün ciddi təhdiddir.

"Huawei" sağ qala biləcəkmi?

Keçən həftə qadağan elan olunan kimi, bütün dünyadakı texnologiya şirkətləri "Huawei" ilə əlaqələrini kəsdilər. Bu böyük ehtimalla Çini qəzəbləndirəcək və onlara milyonlarla dollara başa gələcək. Qadağanın əmələ gətirdiyi nəhəng dalğalanma bütün dünyada milyonlarla insana təsir edəcək, amma həm də Çinin dünyanın geri qalanını adil vasitələrlə, yaxud cərimələrlə necə "hack"layacağı ilə bağlı uzunmüddətli həyəcanlara da səbəb olacaq. Çünki Çinin dördüncü sənaye inqilabında post-modern dünyanın lideri kimi Amerikanı əvəzləmək üçün agendası var.

"Business Insider"də yaşanan bu hadisələrlə bağlı çoxsaylı məqalələr yayımlanıb. ABŞ-ın Dövlət Katibi Mayk Pompeo "Huawei Technologies"in CEO-sunun Pekin hökuməti ilə əlaqələri var deyəndən sonra, Çin hökuməti onu şayiələr yaymaqda ittiham edib. Mənim zənnimcə isə, "Huawei" batmayacaq, əksinə daha da inkişaf edəcək.

Düşünürəm ki, Çinin ABŞ-ın Çindəki şirkətlərinə qarşı cavab tədbirləri görməsi ehtimalı azdır. Tramp mahiyyət etibarilə Çin kimi rejimlərə qarşı sərt üzünü göstərməyə çalışır. Bu, mafiya babasını dron hücumuyla edam etməyə bənzəyir. Amma nəsə tamamilə köndələn gedə bilər. Xüsusilə "Apple" Çində çox kövrək vəziyyətdədir, bu, fond birjasının düşüşünə səbəb ola bilər. Yeri gəlmişkən, aprel ayında Çinin texnologiya şirkətləri ABŞ-ın fond birjası sistemində düşüşdə idilər.

"Google"un smartfonlar üçün "Android" əməliyyat sistemi "Huawei"in nəhəng smartfon biznesinin onurğa sütununu təşkil edir - növbəti üç ayda "Google" "Huawei" qurğularının bildiriş almasını əngəlləyəcək. Bu, "Huawei"ə özünün "OS" sistemini hazırlamaq üçün vaxt qazandıracaq.

Eyni şeyi "Microsoft"un "Windows 10"una və müxtəlif ABŞ şirkətlərinin təchizatına bel bağlayan "Huawei"n kompüter biznesi haqqında da demək olar. İroniya budur ki, bu əslində Çində internetin təkmilləşməsini gücləndirəcək, gələcəkdə o, böyük ehtimalla Cənubi Şərqi Asiya və ola bilsin, hətta Cənubi Hindistan internetində dominantlıq edəcək.

Ticarət Müharibəsi Qlobal durğunluğu dərinləşdirə bilər

Bir neçə gün əvvəl Çinin Kommersiya naziri ABŞ-ın davranışlarının ticarət müharibəsi, həmçinin qlobal maliyyə durunluğunu dərinləşdirə biləcəyini deyib və xəbərdarlıq edib ki, Pekin Çin şirkətlərinin maraqlarını təmin etmək etmək üçün istənilən addımı atacaq. Özünü təkcə Amerikan mətbuat orqanlarını deyil, həmçinin "South China Morning Post" (SCMP) kimi Asiya mətbuat orqanlarını oxumaq üçün tərbiyə etməkdə fayda var. Məsələyə hər iki tərəfdən baxmaq lazımdır.

"Huawei"in istehlakçı biznesinin CEO-su Riçard Yu deyir ki, bundan sonra əməliyyat sisteminin beynəlxalq versiyası 2020-ci ilin birinci, yaxud ikinci rübündə hazır ola bilər. Bu ilin payızında da "Huawei"in Çində smartfonlar və laptopların istifadəsi üçün özünün əməliyyat sistemi ola bilər, bu da o deməkdir ki, "Huawei"in inanılmaz yüksəlişi artdıqca, Çinin gücü də artacaq.

Çin Xalq Respublikasında anti-Amerikan ovqatı güclənəcək

Çinin dövlət mətbuatı Amerikanın Çinin iqtisadi suverenliyini işğal etməyə çalışdığını yazır. Anti-Amerikan ritorikası güclənir və Çində istehlakçıların ovqatı böyük ehtimalla tariflər məsələsində getdikcə daha çox həssaslaşacaq. Bu, növbəti beş ildə Çinin yaralanacağı deməkdir. Bəs sonrakı 20 ildə necə? Ona qədər Çinin Süni İntellekt istedadlarından ibarət ordusu və qlobal baxımdan daha ciddi ağırlığı olacaq, xüsusilə də Asiyada.

"Huawei" sizin düşündüyünüzdən Daha Böyükdür

Bu, Çinin "Google"a hücum etməsinə bənzəyir. Həqiqətən də Qərbdə "Huawei"in ekvivalenti yoxdur. "Huawei" dünyanın ən böyük texnologiya şirkətlərindən biridir - şirkətin 2018-ci ildəki qazancı 100 milyard dollardan çox olub və onun təxminən 200, 000 əməkdaşı var. "Huawei" smartfon satışlarında "Apple"ı və nəhayət "Samsunq"u ötüb keçəcək, amma bundan daha artığını da edəcək.

Çinin texnologiya nəhəngi daha çox özünün smartfonları, laptopları və şəbəkə qurğuları ilə tanınır. "Huawei" smartfonları ABŞ-dan kənarda ümumi istehlak vasitəsinə çevrildikcə, Kanada, Afrika, Avropa və Asiya kimi bölgələrlə aqressiv reklam həyata keçirir. Çin hökuməti belə görünür, "Huawei"ə qoyulan qadağanı bu səbəblərə görə, olduqca şəxsi qəbul edir.

Çin ABŞ-ı zəiflətmək üçün uzunmüddətli təhdiddir

Milli.Az bilge.az-a istinadən bildirir ki, bütün bunlardan başqa, öz 5G infrastruktur texnologiyasını və onun bağlı təchizatı ixrac etmək üçün Çinin "Kəmər və Yol" bazarını araşdıracağı gözlənilir. Çinin texnoloji, iqtisadi və süni intellekt planları olduqca ciddidir.

İddia olunur ki, o, azad-bazar kapitalizminin şirkətləri təkmilləşdirə biləcəyindən daha üstündür. Silikon Vadisindəki problemə gəldikdə. Burada monopoliya dövrü yaşanmaqdadır, tanış nəhənglər arasındakını saymasaq, hətta elə ciddi rəqabət də yoxdur. Silikon Vadisi tənəzzül etdikcə isə, Çin yüksəlməyə başlayır.

ABŞ "Huawei" texnologiyasına qarşı getməsini israrla informasiya sistemlərində təhlükəsizliyə xələl gələcəyi narahatlığından, Çin dövləti və əsas yüksək texnologiya şirkətləri arasındakı əlaqələrin "sui-istifadə" ediləcəyi qorxusundan qaynaqlandığını iddia edir.

Bununla belə, "Huawei" və "Alibaba"kimi şirkətlər təkmilləşdikcə, Çində yeniləri də doğulacaq, bunlar Amerikan şirkətlərinin edə biləcəyindən tamamilə yeni mərhələdəki innovasiyalar nümayiş etdirmək iqtidarındadırlar. Hətta əqli mülkiyyət oğurluğu olmadan da, Çin 21-ci əsrin ya ortalarında, ya da əvvəllərində təbii olaraq ABŞ-ı ötüb keçəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.