Maraqlı

Bədənini satan qadınlar xoşbəxtdirmi… - Qanuni bordeldən reportaj

22 May 2019 17:29
1 Şərh     Baxış: 2 594

Bədənini satan qadınlar necə yaşayır? İsveçin məşhur "Aftonbladet" qəzetinin jurnalisti də bu suala cavab tapmaq istəyib. Almaniyanın qanuni bordellərindən birinə gedib.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, isveçli jurnalist qadınların seks xidməti göstərdiyi yerin sahibi ilə görüşə bilib. Aurel Marks keçmiş rəssamdır. Onun obyektində daha çox Şərqi Avropadan gələn qadınlar işləyir.

Bordelin sahibi deyir ki, qoy seks siyasi baxımdan korrekt olsun. Marks Almaniyada bu biznesə münasibətin dəyişməsini istəyir: "Mən pul üçün seksin təmiz, gözəl və yaxşı olmasını arzulayıram".

Marks gündə 2-3 min avro qazanır. Amma bir o qədər razı görünmür. Bordel sahibi danışır ki, yeni müştərilər peyda olub. Onlar əvvəlkilərə bənzəmir. Hipster obrazındadırlar. Yəni ənənvi uğursuz kişiləri xatırlatmırlar, dəblə geyinirlər: "On il əvvəl seks üçün pul ödəmək pis iş sayılırdı. İndi Berlində cavan oğlanlar üçün bu çox normaldır".

Jurnalist bordeldə işləyənləri müşahidə edib, onlarla söhbətləşib. Onlar çox da xoşbəxt görünmürlər. Litvalı Laura hər dəfə müştərini yola salandan sonra "Red bull" içir.

Bəzən müştərilərin çox eybəcər arzuları olur. Hər qadın məsuliyyəti üzərinə götürmür. Aleksa, adətən, hamıdan qabaq əlini qaldırır. Onun üçün sanki hər şey adiləşib.

Jurnalist Marksdan soruşur: "Qızınızın belə yerdə işləməsinə razı olardınızmı?" Aurelin sifət ifadəsi dəyişir. Demək istəyir ki, sərhədi keçdin. Amma cavab verir: "Valideynlərim, dostlarım bilir ki, hər şeyi ruhumla edirəm. Onlar məni dəstəkləyir". Bordel sahibi birbaşa cavabdan yayındı...

Bordeldə qiymətlər çox baha deyil. Yarım saat 50, bir saat 100 avro. Küçədə qiymətlər daha yüksəkdir.

Bordelin inzibatçısı Mariya deyir ki, burada hər şey normaldır: "Mən də pula görə işləyirəm. Hökumətin verdiyi təqaüd gülməlidir".

Rumıniyadan gələn Viki etiraf edir ki, bədənini satmaqla pis qazanmır. Bəzi gecələrdə qazanc lap çox olur. Viki müştərilərə öyrəşib. Bircə narahatlığı var: Rumıniyadakı qızı Berlində nə işlə məşğul olduğunu bilməsin.

28 yaşlı Nikki şəxsi həyatı olmadığını deyir: "Yalnız iş". "Barselona"nın formasında gəzən Dəniz bir gün ərə gedəcək. Amma buna qədər bir az əylənmək və pul qazanmaq istəyir.

Bordeldə işləyən qadınlar hər şeyin normal olduğuna özlərini inandırmağa çalışırlar. Amma sanki nəsə çatmır. Bəlkə də, gerçək xoşbəxtlik.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ****** · 22 May 18:4001

    AVROPA ÖLKƏLƏRİ ÜCÜN BU NORMALDIR .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.