Maraqlı

"Ağıllı" məişət texnikası üçün yeni prosessor yaradılıb

23 May 2019 08:05
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LG" şirkəti süni intellektli evlər üçün qurğuların hazırlanmasının sürətləndirilməsi üzrə strategiya çərçivəsində yeni xüsusi prosessor yaradıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "AI Chip" adlı qurğuya "Neural Engine" prosessor bloku daxildir. "Neural Engine" sayəsində yeni həll insan beyninin neyron şəbəkəsini daha yaxşı imitasiya edə bilir. Bundan başqa, təlim alqoritmlərinin dərin siqnallarının emalı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Məlumata görə, yeni prosessor həm təsvirlərin emalı və müəyyənləşdirilməsi, həm də emosiyaların tanınması daxil olmaqla səsin emalı üçün nəzərdə tutulub. Bundan əlavə, prosessorun ətraf mühitdə fiziki və kimyəvi dəyişiklikləri aşkarlaması maraq doğurur.

Cənubi Koreya istehsalçısının nümayəndələrinin sözlərinə görə, yeni prosessordan istifadə edəcək qurğular internetə qoşulmadan məlumatları emal edəcək.

"AI Chip" prosessorunun "LG" şirkətinin robot tozsoran, paltaryuyan maşın, soyuducu və kondisioner kimi gələcək qurğularında tətbiq ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.